Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi 8 aylıq göstəriciləri açıqlayıb. Novator.az bildirir ki, hesabata görə, 2018-ci ilin yanvar-avqust aylarında muxtar respublikada 1,7 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 3872 manat göstərilir.
Rəsmi hesabatda ötən ilin 8 ayı ilə müqayisədə sənaye üzrə 1,5 faiz, sərmayə üzrə 1,6 faiz artım qeydə alındığı vurğulanır, kənd təsərrüfatında istehsalın 3,8 faiz yüksəldiyi xəbər verilir.
O da bildirilir ki, 8 ayda 317,6 milyon ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb, həmçinin yanvar-iyul aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 430 manata qalxıb.