Sentyabrın 25-də yayılan məlumata görə, London birjasında brent markalı neftin bir barreli 81,40 dollara qalxıb. Bu, 2014-cü il noyabrın 12-dən bəri ilk haldır. Brent markalı neft sonuncu dəfə həmin gün 81 dollardan baha satılmışdı.
Nyu-York birjasında layt markalı neftin bir barreli isə 72,22 dollardır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nefti “AzəriLayt”ın bir barreli 82,21 dollara təklif olunur.
Azərbaycanın 2018-ci il büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” 2018-ci ilə 69,89 dollarla start verib.
Novator.az bildirir ki, Energetika Nazirliyinin hesabatına əsasən, ölkədə gündəlik neft hasilatı yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel, iyun ayında 792 min barrel, iyul ayında 773 min barrel, avqust ayında 774 min barrel olub.