“Vətən uzaqda deyil” başlayır
- 24 Sentyabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
“Vətən uzaqda deyil” diaspor televiziya proqramı fəaliyyətə başlayır. Diasporla İş üzrə Dövlət Komitəsi ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə layihəsi olan proqramın ilk buraxılışı sentyabrın 25-nə keçən gecə saat 00:10-da İTV yayımlanacaq.
Dövlət komitəsinin mətbuat xidmətindən Novator.az-a bildiriblər ki, ilk buraxılışda “Cümhuriyyətin 100 illiyi” diaspor gənclərinin I yay düşərgəsindən bəhs ediləcək.
37 ölkədən gəlmiş gənclərin yay düşərgəsi bu il avqustun 22-dən 28-dək Şəkidə keçirilib.
“Vətən uzaqda deyil” TV layihəsinin müəllifi və aparıcısı Vəsilə Vahidqızıdır.
Vəsilə Vahidqızı 1992-2002-ci illərdə Azərbaycan Televiziyasında, 2002-2003-cü illərdə “İnternyus-Azərbaycan” İctimai Birliyində, 2004-cü ildə “Space” TV-də çalışıb. 2005-ci ildən İctimai Televiziyada işləyib. Bu il mayın 17-də Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi təyin edilib.