• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ehtiyat zabit hazırlığı kursuna qəbul elanı

  • 24 Sentyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Müdafiə Nazirliyi ehtiyat zabit hazırlığı kursuna qəbul elan edib. Müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşınadək vətəndaşlar oktyabrın 1-dən 22-dək Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının hərbi xidmətə yararlı hesab etdiyi şəxslər qəbul imtahanlarına buraxılırlar. İmtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər. Kursu müvəffəqiyyətlə başa vuran kursantlara leytenant hərbi rütbəsi verilir, onlar bağlaşma əsasında ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.

Qəbul komissiyasına müraciət zamanı bu sənədlər tələb edilir: kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə); şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə – 1 nüsxədə, çap edilmiş – 2 nüsxədə; xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə; ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti – 2 nüsxədə; xarici dövlətlərdə təhsil almış namizədlər üçün ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti ilə yanaşı həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin verdiyi şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti; doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti – 2 nüsxədə; nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) – 2 nüsxədə; uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda) – 2 nüsxədə; evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış – 2 nüsxədə; 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4.5×6 sm ölçüdə); psixoloji, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması barədə arayışlar; qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış; qeydiyyatda olduğu poliklinikadan son 5 ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış; hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 nüsxədə.

Məhkumluğu olan hərbi vəzifəlilər kursa qəbul edilə bilməz.

Ekoloji yoxlamaların nəticələri

  • 24 Sentyabr 2018
  • comments

İlkin nəticələr Paşinyanı ürəkləndirdi

  • 24 Sentyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ordu

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda