UEFA Avropa Liqasının qrup raundunda Azərbaycanı təmsil edən Ağdamın “Qarabağ” komandası ilk oyunundan qolsuz və xalsız ayrılıb. Novator.az-ın məlumatına görə, E qrupunda yarışan Azərbaycan klubu sentyabrın 20-si Portuqaliyanın paytaxtı Lissabonda yerli “Sportinq” komandasına 0:2 hesabı ilə uduzub.
Qrupun digər oyunu Londonda keçirilib. İngiltərənin “Arsenal” klubu evdə Ukraynanın “Vorskla” komandasını yenib – 4:2.
Qalan oyunların təqvimi:
4 oktyabr
“Vorskla” – “Sportinq”
“Qarabağ” – “Arsenal”
25 oktyabr
“Qarabağ” – “Vorskla”
“Sportinq” – “Arsenal”
8 noyabr
“Vorskla” – “Qarabağ”
“Arsenal” – “Sportinq”
29 noyabr
“Qarabağ” – “Sportinq”
“Vorskla” – “Arsenal”
13 dekabr
“Sportinq” – “Vorskla”
“Arsenal” – “Qarabağ”.
Qrupda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq.
1886-cı ildə yaradılan “Arsenal” 13 dəfə İngiltərə çempionu olub, 13 dəfə İngiltərə kubokunu, 2 dəfə Liqa kubokunu qazanıb, 15 dəfə İngiltərə superkubokunu başı üzərinə qaldırıb, 1 dəfə Yarmarkalar kubokuna, 1 dəfə Kuboklar kubokuna sahib çıxıb.
1906-cı ildə qurulan “Sportinq” 18 dəfə Portuqaliya çempionu olub, 16 dəfə ölkə kubokunu, 8 dəfə superkuboku əldə edib, 1 dəfə Kuboklar kubokunu qazanıb.
1955-ci ildə yaradılan Poltava klubu “Vorskla” 1 dəfə Ukrayna kubokunun sahibi olub.
“Qarabağ” komandasının əsası 1951-ci ildə qoyulub. 1977-ci ilədək “Məhsul”, 1982-ci ilədək “Şəfəq”, 1988-ci ilədək “Kooperator” adı daşıyıb. 1992-ci ildən bəri “Qarabağ” 6 dəfə Azərbaycan çempionu olub, 6 dəfə Azərbaycan kubokunu qazanıb.