Mərkəzi Bank sentyabrın 21-də cəmi üç valyutanı ucuzlaşdırıb. Novator.az-ın məlumatına görə, 1 gürcü larisi 0,6489 manata, 1 Meksika pesosu 0,0901 manata, 100 Yapon yeni 1,5079 manata düşüb.
Rəsmi məzənnələri yüksələn avro banklara 2,0024, Çin yuanı 0,2484, ingilis funt sterlinqi 2,2562, İsveçrə frankı 1,7728, Küveyt dinarı 5,6171, Rusiya rublu 0,0256, türk lirəsi 0,2727 manata təklif olunur.
Bəzi valyutaların qiyməti isə dəyişməyib: 1 ABŞ dolları 1,7 manata, 1 BƏƏ dirhəmi 0,4628 manata, 100 İran rialı 0,004 manatadır (Tam siyahı).
Dollar martın 7-dən 1,7 manata satılır. Bu, manatın devalvasiyaya uğradığı 2015-ci ildən bəri ən uzun sürən rəsmi kursdur. 2015-ci ildə dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata qalxıb.
2016-cı ilə 1,7707 manatla nöqtə qoyulub. 2017-ci il 1,7001 manatla başa çatıb və həmin kurs 2018-ci il martın 7-dək qüvvədə olub.