Ağdamın Quzanlı qəsəbəsində keçirilən əmək yarmarkasına 504 boş iş yeri çıxarılıb. AZƏRTAC-ın 20 sentyabr məlumatına görə, 18 idarə, müəssisə və təşkilatın təqdim etdiyi iş yerləri üzrə əməkhaqqı 130-500 manat məbləğində olub.
Yarmarkada 300-dən artıq işaxtaran vətəndaş iştirak edib. Onların 75-i öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb. 15 isə nəfər peşə hazırlığı kurslarına cəlb olunub.