• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İntiqam Əliyevin işi: Avropa Məhkəməsi Azərbaycanı cərimələdi

  • 20 Sentyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Avropa İnsan Hüquqları Məhkəməsi azərbaycanlı hüquqşünas İntiqam Əliyevin şikayəti üzrə qərarını açıqlayıb.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də tutulub, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmədə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmə görə, onun 3 il hər hansı vəzifə tutmaq hüququ da alınıb.

2016-cı ildə baş prokuror Zakir Qaralov İntiqam Əliyevin cəzasının dəyişdirilməsi ilə bağlı əlavə kassasiya qaydasında protest verib. Ali Məhkəmənin Plenumu martın 28-də protesti təmin edib. Nəticədə İntiqam Əliyevin 7 il 6 aylıq həbs cəzası 5 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.

İntiqam Əliyev Avropa Məhkəməsinə ərizəsində saxlanma şəraitinin qeyri-insani və alçaldıcı davranışa bərabər olmasından, həbsdə yetərli tibbi yardım almamasından, həbsinin və barəsindəki həbs qətimkan tədbirinin əsaslandırılmamasından, özəl həyatına, yazışma, sərbəst birləşmə hüquqlarına müdaxilələrin əsaslandırılmamasından şikayətlənib.

O, ərizəsində mənəvi ziyana görə Azərbaycan hökumətindən 40 min avro təzminat istəyib.

Avropa Məhkəməsinin 2018-ci il sentyabrın 20-də açıqlanan qərarında İntiqam Əliyevin Avropa İnsan Hüquqları Konvensiyasının dörd maddəsi üzrə hüquqlarının pozulduğu tanınıb. Azadliq.org-un məlumatına görə, məhkəmənin qərarında deyilir ki, şikayətçinin azadlıq hüququ, şəxsi həyatın toxunulmazlığı hüququ pozulub, o, qanunsuz müdaxiləyə məruz qalıb.

Məhkəmə ərizəçinin saxlanma zamanı tibbi müalicə almaq hüququnun pozulmadığı, amma saxlanma şəraiti ilə bağlı pozuntunun olduğu qənaətinə gəlib.

Avropa Məhkəməsinin qərarına əsasən, Azərbaycan hökuməti İntiqam Əliyevə mənəvi ziyana görə 20 min avro, maddi xərclərə görə isə 6 min 150 avro təzminat ödəməlidir.

56 yaşlı İntiqam Əliyev hüquqçu fəaliyyətinə 1990-cı ildən başlayıb. 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. Vəkillik fəaliyyəti ilə məşğul olan İntiqam Əliyev əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb.

Yerevan seçkisi ilə bağlı sorğunun nəticələri

  • 20 Sentyabr 2018
  • comments

Ölkələrdə orta ömür uzunluğu

  • 20 Sentyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda