• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İşsizlikdən sığorta ödənişi necə verilir?

  • 17 Sentyabr 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetXəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İşsizlikdən sığorta haqqında” qanunla bağlı bildiriş yayıb. Qeyd olunur ki, 1 yanvar 2018-ci ildən qüvvəyə minən qanuna əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğvi və ya işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdir: “Dövlət qulluğunda çalışanlar “Dövlət qulluğu haqqında” qanunun 33.1.2-ci və 33.1.3-cü maddələrinə uyğun olaraq, digər hüquqi şəxslərdə çalışanlar isə Əmək Məcəlləsinin 70-ci maddəsinin a) və b) bəndlərinə uyğun olaraq işdən azad edildikdə və ən azı 3 il sığorta stajına malik olduqda məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alındıqdan sonra işsizlikdən sığorta ödənişi ala bilər.

Sığorta stajı dedikdə 1 yanvar 2018-ci ilə qədər sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş müddət və 1 yanvar 2018-ci ildən sonra sığorta haqqı ödənilən müddət nəzərdə tutulur.

İşsiz kimi qeydiyyata alındığı gündən əvvəlki 24 təqvim ayı ərzində sığorta stajı 12 təqvim ayından çox olduqda sığorta ödənişi itirilmiş orta aylıq əməkhaqqına nisbətdə, 12 təqvim ayından az olduqda isə minimum məbləğdə ödənir.

Sığorta ödənişi sığorta stajından asılı olaraq vətəndaşın itirilmiş orta aylıq əməkhaqqının məbləğinə bu faiz dərəcələri tətbiq olunmaqla hesablanır: sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz; sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz; sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz.

Misal 1

Vətəndaş 7 il 3 ay sığorta stajına malikdir və itirilmiş orta aylıq əməkhaqqı 520 manat hesablanıb. Bu halda onun sığorta ödənişi 520 x 0,55 = 286 manat təşkil edəcək.

İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq bu faiz dərəcələrinə mütənasib şəkildə, lakin Dövlət Statistika Komitəsində əvvəlki il üzrə müəyyən edilmiş ölkə üzrə orta aylıq əməkhaqqından çox və minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənir: 1 və 2-ci aylar üçün – 100 faiz; 3 və 4-cü aylar üçün – 80 faiz; 5 və 6-cı aylar üçün – 70 faiz.

Misal 2

Vətəndaş 12 il sığorta stajına malikdir və itirilmiş orta aylıq əməkhaqqı 1200 manatdır, ölkə üzrə əvvəlki ildə orta aylıq əməkhaqqı 540 manat müəyyən edilib. Bu halda sığorta ödənişi 1200 x 0,60 = 720 manat hesablanır. Lakin bu, ölkə üzrə orta aylıq əməkhaqqından çox olduğu üçün sığorta ödənişi 540 manat müəyyən edilir.

Misal 3

Vətəndaşın sığorta ödənişi 150 manat hesablanıb. 5-ci ay bu məbləğin 70 faizi ödənməlidir, lakin bu, 105 manat etdiyi üçün və minimum sığorta ödənişindən az olduğu üçün 130 manat ödənir.

Təkrar müraciət zamanı minimum sığorta ödənişi verilir. Minimum sığorta ödənişinin müddəti 3 ay, məbləği isə 130 manat təşkil edir”.

İnsan İnkişafı İndeksi: ölkələr necə sıralanır?

  • 17 Sentyabr 2018
  • comments

Yerevanda mer yarışı: sorğu nə göstərir?

  • 17 Sentyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda