• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bloklanmış saytların məsələsinə baxılıb

  • 17 Sentyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində Xural.com və Az24saat.org saytlarının təsisçilərinin şikayətlərinə baxılıb.

Hər iki sayta giriş bu ilin avqustunda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası əsasında məhdudlaşdırılıb. Saytların bloklanması haqda qərar Səbail Rayon Məhkəməsində çıxarılıb.

Xural.com-un rəhbəri Əvəz Zeynallının şikayətinə hakim Tofiq Paşayevin, Az24saat.org-un rəhbəri Vüqar Qurdqanlının şikayətinə isə hakim Xəyal Sarıyevin sədrliyi ilə baxılıb.

Şikayətlərin heç biri təmin edilməyib, saytların bloklanması barədə Səbail məhkəməsinin çıxardığı qərarlar qüvvədə saxlanıb.

2017-ci il martın 17-də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər təsdiqlənib. Yeniliyə görə, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Belə hal olduqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir.

Qanun dəyişəndən bəri ölkə ərazisində bir sıra KİV-lərin internet resursuna, o cümlədən “Azadlıq” radiosunun Azadliq.org saytına, “Azadlıq” qəzetinin Azadliq.info saytına, “Turan TV”nin Azerbaycansaati.com saytına, “Meydan TV” internet televiziyasının Meydan.tv saytına girişə, “Azərbaycan saatı” televiziya proqramının yayımına məhdudiyyət qoyulub.

Xural.com və Az24saat.org saytlarından başqa Criminalaz.com, Bastainfo.com, Topxeber.az, Fia.az, Gununsesi.info və Teref.info saytlarına giriş də məhdudlaşdırılıb.

Müsavatçı həbs olunub

  • 17 Sentyabr 2018
  • comments

Büdcənin gəlir-çıxarı

  • 17 Sentyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Litva yeni hökumətə yol alır

GLOBALS:0
comments
Xəbər

Xarici borcun detalları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Putin elə həmişə Putin olub – “Şpigel”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyənin turizm gəlirləri 7,6 faiz artıb

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Litva yeni hökumətə yol alır

Son materiallar

comments
Dünyanın səsiXəbər

Litva yeni hökumətə yol alır

GLOBALS:0
comments
Xəbər

Xarici borcun detalları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Putin elə həmişə Putin olub – “Şpigel”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda