• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yenə sülh

  • 11 Sentyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Azərbaycanın milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci oyununu keçirib. D divizionunun 3-cü qrupunda yer alan yığma sentyabrın 10-u Maltada sülh bağlayıb – 1:1.

Milli sentyabrın 7-si Bakıda Kosovo seçməsi ilə oyunda da bir xalla kifayətlənmişdi. Həmin matçda hesab açılmamışdı.

Novator.az bildirir ki, Azərbaycan yığması oktyabrın 11-də Farer adaları səfərinə çıxacaq.

Milli komanda oktyabrın 14-də Maltanı, noyabrın 17-də Farer adalarını qəbul edəcək. Hər iki görüş Bakıda olacaq.

Sonuncu matç noyabrın 20-si Kosovoda keçiriləcək.

İki turdan sonra qrupa 4 xalla Kosovo başçılıq edir. Farer adalarının 3, Azərbaycanın 2, Maltanın 1 xalı var.

Millətlər Liqası 2020-ci ilin Avropa futbol çempionatının final mərhələsinə hər diviziondan bir vəsiqə verir. Bunun üçün divizionlardakı qrup qalibləri arasında yarımfinal və final matçları keçiriləcək. Qrup qalibi Avropa çempionatına həmin turnirin özünün seçmə mərhələsindən düşərsə, onu Millətlər Liqasının növbəti ən yaxşı komandası əvəzləyəcək.

D divizionunun 1-ci qrupunda Gürcüstan, 2-ci qrupunda Belarus və Lüksemburq, 4-cü qrupunda Makedoniya önə çıxıb.

A divizionundakı dörd qrup qalibi Millətlər Liqasının 2019-cu ilin iyununda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Bu raund yarımfinallar, üçüncü yer uğrunda oyun və finaldan ibarətdir.

B, C və D divizionlarının qrup qalibləri yuxarı diviziona çıxacaq, A, B və C divizionlarının qruplarında sonuncu olanlar aşağı diviziona düşəcək.

Fəxrəddin Abbasov Rusiyada tutulub

  • 10 Sentyabr 2018
  • comments

8 ayın hasilatı

  • 11 Sentyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda