Dövlət Statistika Komitəsi inflyasiya göstəricilərini açıqlayıb. Novator.az-ın məlumatına görə, rəsmi hesabatda qeyd olunur ki, 2018-ci ilin yanvar-avqust aylarında istehlak məhsulları və xidmətlər 2017-ci ilin səkkiz ayına nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsulları 2,7 faiz, qeyri-ərzaq malları 3,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 2,4 faiz bahalaşıb.
Hesabata əsasən, avqust ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri iyul ayına nisbətən 0,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,2 faiz yüksəlib.