• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Moskvadan Yerevana növbəti təzyiq

  • 07 Sentyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

Rusiya dövləti paytaxt Moskvada yaşayan general-polkovnik, Ermənistanın sabiq müdafiə naziri Mikael Arutunyanın ölkə ərazisində axtarışına xitam verib. Novator.az-ın məlumatına görə, sentyabrın 7-də Ermənistan Polisinin mətbuat xidməti Moskvadan bu barədə rəsmi bilgi alındığını açıqlayıb.

Ermənistanın Xüsusi İstintaq Xidməti bu ilin iyul ayında Mikael Arutunyanın həbsi üçün vəsatət qaldırılıb. 1 mart 2008-ci il qırğınında təqsirləndirilən general beynəlxalq axtarışa verilib.

2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası baş nazir Serj Sərkisyanı qalib elan edib. Əsas namizədlərdən olan birinci prezident Levon Ter-Petrosyanın tərəfdarları paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.

İstintaqın qənaətinə əsasən, 2008-ci ildə müdafiə naziri postunu tutan Mikael Arutunyan və başqa vəzifəli şəxslər faktiki hərbi vəziyyət tətbiq edərək aksiyaçılara divan tutublar. Mikael Arutunyana dövlət hakimiyyətinin mənimsənilməsi ittihamı irəli sürülüb.

Bu iş üzrə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi general-polkovnik Yuri Xaçaturova da dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə ittihamı irəli sürülüb. İyul ayında həbsinə vəsatət verilmiş Yuri Xaçaturovu məhkəmə pul girovu müqabilində azadlığa buraxıb.

Yuri Xaçaturov 1 mart 2008-ci il qırğını zamanı müdafiə nazirinin müavini postunu tutub.

Xüsusi İstintaq Xidməti 1 mart qırğınının istintaqına cəlb etdiyi sabiq prezident Robert Köçəryana da cinayət işi qaldırıb. Robert Köçəryan bir qrup şəxslə qabaqcadan əlbir olmaqla dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir.

İyulun 27-də Robert Köçəryan 2 ay müddətinə həbs edilib, ancaq avqustun 13-də toxunulmazlıq hüququ əsası ilə azadlığa buraxılıb. Xüsusi İstintaq Xidməti sentyabrın 4-də Robert Köçəryan barəsində başqa yerə getməmək tədbiri seçib. Robert Köçəryanın ölkədən çıxmasının yasaqlandığı bəyan edilib.

2008-ci ildə Robert Köçəryanı prezident postunda əvəzləyən Serj Sərkisyan 2013-cü ildə yenə prezident seçilib. 2018-ci il aprelin 9-da prezident səlahiyyətləri başa çatan Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə gətirilib. Ancaq xalq etirazlarına görə Serj Sərkisyan aprelin 23-də istefa verib. Mayın 8-də Nikol Paşinyan baş nazir kürsüsünə oturub.

2008-ci ilin prezident seçkisində Nikol Paşinyan Levon Ter-Petrosyanın seçki qərargahının üzvü kimi fəaliyyət göstərib. O, seçkinin nəticələrinə etiraz aksiyalarında iştirakına görə cinayət məsuliyyətinə alınıb, 2009-cu ildən 2011-ci ilə kimi həbsdə yatıb.

Hakimiyyətə gələndən sonra Nikol Paşinyan 2008-ci il hadisələrinin istintaqının yenilənməsi prosesinə start verib.

Rusiya Ermənistandakı yaxın adamlarına cinayət işi qaldırılmasını narazılıqla qarşılayıb. Moskvanın təzyiqi ilə Yuri Xaçaturovun Ermənistandan çıxmasına yasaq götürülüb. Avqustun 13-də Rusiya prezidenti Vladimir Putin Robert Köçəryana zəng vuraraq onun doğum gününü təbrik edib. Bu, Nikol Paşinyan hakimiyyətinə qarşı çıxan Robert Köçəryana birbaşa dəstək kimi qiymətləndirilib.

Mikael Arutunyanın axtarışına xitam verilməsi Yerevana növbəti təzyiq kimi yozula bilər.

Mikael Arutunyan 1946-cı ildə Azərbaycanın Şamaxı rayonunun Saqiyan kəndində anadan olub. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Ermənistanın müdafiə naziri postunu 2007-2008-ci illərdə tutub. 2007-ci ilədək Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə nazirinin birinci müavini olub. 2008-ci ildən Ermənistan prezidenti yanında baş hərbi inspektor vəzifəsində çalışıb.

4 vəkilin fəaliyyəti dayandırıldı

  • 07 Sentyabr 2018
  • comments

Rusiyada ixrac-idxal göstəriciləri açıqlanıb

  • 07 Sentyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda