• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ-a nota verildi

  • 05 Sentyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Sentyabrın 5-də yayılan rəsmi məlumata görə, müvəqqəti işlər vəkilinə ABŞ Dövlət Departamentinə ünvanlanan etiraz notası təqdim olunub.

Notada bildirilir ki, ABŞ vətəndaşı Den Bilzeryan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərində odlu silahlardan istifadə edib, digər qanunazidd əməllər törədib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, müvəqqəti işlər vəkilinə Den Bilzeryanın Ermənistan ərazisindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyi, Xankəndi şəhəri və işğal olunmuş digər ərazilərdə qondarma rejimi təşviq etdiyi, qanunsuz yolla odlu silahlar əldə etdiyi, nümayişkaranə və təxribatçı məqsədlərlə bu silahlardan Azərbaycan Silahlı Qüvvələrinin mövqeyinə atəş açdığı diqqətə çatdırılıb: “Həmçinin Den Bilzeryanın kameralar qarşısında tərbiyəsiz və nadan açıqlamalarının Azərbaycan xalqının ləyaqətinə və mənəvi dəyərlərinə toxunduğu diqqətə çatdırılıb və onun bu kimi əməllərinin Azərbaycanla ABŞ arasında olan dostluq əlaqələrinin ruhuna zidd olduğu diqqətə çatdırılıb.

Den Bilzeryanın bu kimi qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğun cinayət işi açdığı və məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlərin görüldüyü vurğulanıb.

ABŞ hökumətinin qanunsuz əməllərlə əlaqədar Azərbaycanın narahatlığını ciddi surətdə nəzərə alacağı, öz vətəndaşlarının Azərbaycanın mili qanunları, suverenliyi və ərazi bütövlüyünün, habelə beynəlxalq hüququn norma və prinsiplərinin pozulması hallarından çəkindirmək üçün zəruri tədbirlər görəcəyinin gözlənildiyi qeyd olunub”.

Novator.az bildirir ki, 37 yaşlı Den Bilzeryan aktyor və poker ustası kimi ad çıxarıb, milyonçudur. O, avqust ayının sonunda Ermənistana səfərində bu ölkənin vətəndaşlığını alıb, sonra Dağlıq Qarabağa gəlib.

Baş Prokurorluğun məlumatına əsasən, Den Bilzeryan avqustun 28-i Xankəndi şəhərində və işğal altında olan digər yaşayış məntəqələrdə qanunsuz olaraq əldə etdiyi qumbaraatan, tüfəng və digər odlu silahlardan nümayişkaranə atəşlər açıb.

Həmin fakta görə Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 228.3 (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 318.2-ci (mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə cinayət işi başlanıb.

Den Bilzeryan barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, İnterpol xətti üzrə beynəlxalq axtarışa elan olunması üçün müraciət edilib.

Hərracdan rəsmi bilgi

  • 05 Sentyabr 2018
  • comments

Vizasız səfər reytinqi

  • 05 Sentyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda