• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Orta maaş 3,7 faiz, qiymətlər 2,8 faiz artıb

  • 13 Avqust 2018
  • comments
  • Novator.az
  • Posted in Şərh

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 7 milyard 457,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz az vəsait yönəldilib. Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 19 faiz artıb.

Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, ümumi sərmayənin 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 56,6 faizi həcmində olub.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar yanvar-iyul aylarında 27,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,7 faiz artıb, neft sektorunda 0,7 faiz azalıb.

Başqa bir hesabata əsasən, 2018-ci il iyulun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyon 546,2 min nəfərə çatıb, onların 885,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 660,5 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 541,1 manat olub.

7 ayda istehlak məhsulları və xidmətlər 2017-ci ilin yanvar-iyul aylarına nisbətən 2,8 faiz, o cümlədən ərzaq məhsulları 2,8 faiz, qeyri-ərzaq malları 3,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 2,3 faiz bahalaşıb.

İyul ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri iyun ayına nisbətən 0,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,5 faiz düşüb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz yüksəlib.

Yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 20,1 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 10 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 10,1 milyard manatı qeyri-ərzaq məhsullarının payına düşüb.

Əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 292,7 manat göstərilir.

Gömrük Komitəsinin 7 aylıq hesabatı

  • 13 Avqust 2018
  • comments

Qəza statistikası

  • 13 Avqust 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda