• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İlqar Məmmədov şərti cəza çəkəcək

  • 13 Avqust 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi Respublikaçı Alternativ Partiyasının (REAL Partiya) sədri İlqar Məmmədovun azadlığa buraxılmasına hökm verib. Novator.az-ın məlumatına görə, hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə İlqar Məmmədovun cəzasının qalan hissəsinin 2 il sınaq müddəti tətbiq olunmaqla şərti sayılması barədə qərar çıxarılıb.

İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub 7 il azadlıqdan məhrumetmə cəzası almışdı. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarmış, Şəki Apellyasiya Məhkəməsi və Ali Məhkəmə qüvvədə saxlamışdı.

2014-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib, onun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, Azərbaycana 22 min avro cərimə kəsib.

2016-cı ildə Azərbaycanda İlqar Məmmədovun işinə yenidən baxılmış, amma o, həbsdə qalmışdı.

Bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu İlqar Məmmədovun işi üzrə yeni qərar çıxarmışdı. Qərar Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı ikinci qərarına görədir. Plenum kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin İlqar Məmmədov barəsində qərarlarını ləğv etmiş, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdı.

Avropa İnsan Hüquqları Məhkəməsi 2017-ci il noyabrın 16-da İlqar Məmmədovun ədalətli mühakimə hüququnun pozulduğu (bu, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin pozulması deməkdir) və Azərbaycan dövlətinin ona 10 min avro kompensasiya ödəməli olduğu barədə qərar çıxarıb.

2018-ci il martın 6-da bu qərar hüquqi qüvvəyə minib.

Respublikaçı Alternativ Partiyası eyni adlı ictimai-siyasi hərəkatın bazasında 2018-ci ilin aprelində təsis olunub. Təsis qurultayında partiyanın sədri vəzifəsinə İlqar Məmmədov seçilib.

İlqar Məmmədov REAL Hərəkatına yarandığı vaxtdan – 2008-ci ildən rəhbərlik edib.

Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirən İlqar Məmmədov Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə yiyələnib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bakı nümayəndəliklərində, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Beynəlxalq Böhran Qrupunun Azərbaycanda təmsilçisi, Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru olub. 5 il Milli İstiqlal Partiyası sədrinin müavini postunu tutub.

Qəza statistikası

  • 13 Avqust 2018
  • comments

Can Laçın

  • 13 Avqust 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda