• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İlahiyyat İnstitutu tədris proqramını açıqlayıb

  • 25 İyul 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

İyulun 25-də Azərbaycan İlahiyyat İnstitutu bəzi bilgilər açıqlayıb. Novator.az-a verilən rəsmi məlumata görə, institutda islam, xristianlıq, yəhudilik, hinduizm, buddizm və digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və sair elmlər tədris olunacaq.

İnstitutda ingilis, ərəb, klassik ibrani, sanskrit, klassik yunan, latın, rus və fars dillərini öyrənmək imkanı var. Bütün xarici dillər 4 dil bacarığının (oxuma, dinləmə, danışma, yazma) inkişafı istiqamətində tədris ediləcək.

Tələbələrə beynəlxalq mübadilə proqramları vasitəsilə Avropa, Amerika, Şərq ölkələrində təhsil almaq və yüksək qiymətlərlə məzun olan bakalavrların ixtisasları üzrə magistratura və doktorantura təhsilini dövlət xətti ilə xarici ölkələrdə davam etdirmək imkanı yaradılacaq.

İlahiyyat İnstitutunda Şərq incəsənəti və musiqisinin xəttatlıq, əbru, təzhib, musiqi kimi sahələrinə aid müxtəlif kurslar təşkil ediləcək.

Tələbələrə din, tarix, fəlsəfə, dil, ədəbiyyat və digər elmlərə dair Azərbaycan, ərəb, türk, ingilis, fars və rus dillərində 12 mindən çox kitabdan istifadə etmək imkanı yaradılıb.

İnstitutda təhsil dövlət sifarişi əsasında həyata keçirilir. Tələb olunan qəbul balı III ixtisas qrupunda minimum 200 baldır. Qəbul planı üzrə islamşünaslıq ixtisasına 35, dinşünaslıq ixtisasına 25 yer ayrılıb.

İlahiyyat İnstitutu tələbələrə hər iki ixtisas üzrə dövlət qulluqçusu, yaxud din xadimi, tədqiqatçı və pedaqoq sahələrində karyera qurmaq imkanı yaradır.

Azərbaycan İlahiyyat İnstitutu prezidentin 9 fevral 2018-ci il sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Sərəncamla Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin institutun strukturuna daxil edilməsi tapşırılıb.

Mayın 31-də Ceyhun Valeh oğlu Məmmədov İlahiyyat İnstitutunun rektoru təyin edilib.

Hansı ölkədə vizasız neçə gün qalmaq mümkündür?

  • 25 İyul 2018
  • comments

Onlayn internet resursları qanuna zidd bloklanır

  • 25 İyul 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Din
  • Təhsil

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda