• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Ağıllı şəhərlər”: Bakı 165 şəhər arasında 127-cidir

  • 24 İyul 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetXəbər

2018-ci ilin ən intellektual şəhərlərinin reytinqi açıqlanıb. Novator.az-ın məlumatına görə, İspaniyanın Navarra Universitetinin Biznes Məktəbinin hazırladığı illik reytinqə 80 ölkənin 165 şəhəri daxil edilib. Şəhərlərin 74-ü paytaxtdır.

İntellektual şəhərlər reytinqi iqtisadiyyat, idarəçiliyin keyfiyyəti, şəhər planlaşdırması, texnoloji inkişaf, ətraf mühit, beynəlxalq siyasət, sosial sabitlik və bərabərlik, nəqliyyat sistemi, insan kapitalı sahələrini əhatə edən 83 göstərici əsasında tərtib olunub.

Şəhərlər yaxşıdan pisə doğru ardıcıllıqla 4 qrupa bölünüb: A qrupu, RA qrupu, M qrupu, B qrupu.

B qrupunda yer alan Azərbaycanın paytaxtı Bakı intellektual şəhərlər reytinqində 127-ci yerdə göstərilir.

Reytinq cədvəlinin başında Nyu-York şəhəri (ABŞ) dayanır. İlk beşliyin sonrakı pillələrində paytaxt şəhərləri – London (Böyük Britaniya), Paris (Fransa), Tokio (Yaponiya), Reykyavik (İslandiya) qərarlaşır.

Nyu-York, London və Paris ən yüksək qrup olan A qrupunda göstərilir.

Tokio, Reykyavik, eləcə də “ağıllı şəhərlər” siyahısının ilk onluğunda yer alan Sinqapur, Seul (Cənubi Koreya), Toronto (Kanada), Honkonq və Amsterdam (Hollandiya) şəhərləri RA qrupundadır.

“Ağıllı şəhərlər” siyahısına Ermənistanın heç bir şəhəri düşməyib.

Gürcüstanın paytaxtı Tbilisi 112-ci (M qrupu), Rusiyanın paytaxtı Moskva 70-ci (M qrupu), Sankt-Peterburq şəhəri 123-cü (B qrupu), Novosibirsk şəhəri 142-ci (B qrupu) pillələrdə göstərilir.

Ukraynanın paytaxtı Kiyev 113-cü (M qrupu), Türkiyənin İstanbul şəhəri 114-cü (B qrupu), paytaxtı Ankara isə 120-ci (B qrupu) yerdə qərarlaşır.

Reytinqin sonuncu – 165-ci pilləsində Pakistanın Kəraçi şəhəri (B qrpu) dayanır.

Səidə Hüseynova

Şəriət dövləti nə deməkdir?

  • 24 İyul 2018
  • comments

Cəzadan azad edilən 3881 nəfər müavinət alıb

  • 24 İyul 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda