Fransa səfərini davam etdirən prezident İlham Əliyev iyulun 20-si Parisdə “Thales İnternational” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb. AZƏRTAC xəbər verir ki, İlham Əliyev Azərbaycanın “Thales İnternational” şirkəti ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib, şirkətin ölkədə etibar qazandığını vurğulayıb.
Rafael Eskinazi əlaqələrin genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini deyib.
Azərbaycan prezidenti “Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild, “CİFAL” qrupunun prezidenti Jil Remi, SADE şirkətinin prezidenti Patrik Lölo, “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adlerlə də bir araya gəlib.