• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

21-ci orden

  • 19 İyul 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Prezident İlham Əliyev italiyalı həmkarı Serco Mattarellanı Azərbaycanın ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edib. Orden Azərbaycana rəsmi səfər edən dövlət başçısına iyulun 18-i Bakıda təqdim olunub.

Novator.az bildirir ki, Serco Mattarella 2005-ci ildə təsis olunmuş “Heydər Əliyev” ordenini alan 14-cü əcnəbi siyasətçidir. Əcnəbi siyasətçilərdən Jak Şirak, Viktor Yuşşenko, Şeyx Sabah əl-Əhməd-əl-cabir əs-Sabah, Lex Kaçinski, Valdis Zatlers, Trayan Besesku, Georgi Pırvanov, İmaməli Rəhman, Abdulla Gül, Viktor Yanukoviç, Rəcəb Teyyub Ərdoğan, Aleksandr Lukaşenko, Nursultan Nazarbayev də “Heydər Əliyev” ordeni ilə təltif olunublar.

Ümumilikdə ordeni dövlət başçısı İlham Əliyev daxil olmaqla (Azərbaycan prezidentinə orden onun statusuna görə verilir) 21 nəfər alıb. “Heydər Əliyev” ordeni ilə təltif olunan digər şəxslər bunlardır: türkiyəli alim İhsan Doğramacı, musiqiçi Mstislav Rostropoviç, rəssam Tahir Salahov, müğənni Zeynəb Xanlarova, birinci vitse-prezident Mehriban Əliyeva, heykəltəraş Ömər Eldarov.

1923-cü ildə Naxçıvan şəhərində doğulan Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublika rəhbəri olub. 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

1987-ci ildə vəzifədən gedib.

1990-cı ildə Heydər Əliyev Azərbaycan parlamentinin və Naxçıvan Ali Sovetinin deputatı seçilib, 1991-ci ildə Kommunist Partiyasını tərk edib. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də Milli Məclisin qərarı ilə prezident səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü və 1998-ci illərdə Azərbaycan prezidenti seçilib.

2003-cü il dekabrın 12-də vəfat edib.

Maliyyə Monitorinqi Xidmətinin nə səlahiyyətləri v...

  • 19 İyul 2018
  • comments

Avroda yüksəliş

  • 19 İyul 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda