Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası ilə bağlı prezident sərəncamı imzalanıb. Sənəddə gəlirlər üzrə icra 12 milyard 137 milyon 503,3 min manat, xərclər üzrə icra 11 milyard 15 milyon 537,9 min manat göstərilir.
Gəlirlər nəzərdə tutulana nisbətən 12,2% çox, xərclər 27,7% azdır.
Ötən il xərclərin istiqaməti belə olub: Azərbaycanın 2017-ci il büdcəsinə transfert – 6 milyard 100 milyon manat; makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka transfert – 3 milyard 949 milyon 484,8 min manat; Türkiyədə “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi – 735 milyon 422,2 min manat; qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbir – 104 milyon 999,9 min manat; Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi – 69 milyon 997,2 min manat; Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi – 20 milyon 557,4 min manat; 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsilinə dair dövlət proqramının maliyyələşdirilməsi – 17 milyon 9,7 min manat; Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər – 18 milyon 66,7 min manat.
Rəsmi məlumata görə, 2018-ci ilin yanvar-iyun aylarında fondun aktivləri ilin əvvəlinə nisbətən 6,22% artaraq 38 milyard 36,1 milyon ABŞ dollarına çatıb.