• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni dövlət agentliyi yaradılır

  • 17 İyul 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev yerin təkindən istifadə, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirlərinə fərman verib. Novator.az-ın məlumatına görə, iyulun 16-da imzalanan sənəddə bildirilir ki, faydalı qazıntıların yerləşdiyi ərazilər istifadə üçün ayrılarkən bəzən mühafizə və təhlükəsizlik qaydalarına əməl edilmir, torpaqların dövlət əhəmiyyətli magistral neft-qaz və su kəmərlərinin, avtomobil və dəmir yolu körpülərinin yaxınlığında yerləşməsi nəzərə alınmır, müvafiq qurumlarla razılaşmalar aparılmır, rəylər, kommunikasiya xətləri barədə məlumatlar alınmır, coğrafi koordinatlar dəqiqləşdirilmir, yerin təkindən səmərəli istifadə edilməməsi, sənaye və tikintidə işlədilən xammal ehtiyatlarının hasilatı prosesində qanunvericiliyin tələblərinin pozulması arzuolunmaz hadisələrə səbəb olur.

Fərman qeyd edilən halların aradan qaldırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin yaradılmasını nəzərdə tutur. Agentlik yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Qurumun nizamnamə fondu Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun vəsaiti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından verilən aktivlər hesabına formalaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi agentliyin strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu iki ay müddətində təsdiq etməlidir.

Nazirlər Kabinetinə Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına daxil olan vəsaitin 25 faizinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin sosial müdafiəsinə və maddi təminatının yaxşılaşdırılmasına yönəldilməsini nəzərdə tutan qanunvericilik aktlarının layihələrini hazırlamaq tapşırılıb.

16 iyul fərmanı energetika ilə bağlı yerin təkindən istifadə münasibətlərinin tənzimlənməsinə şamil olunmur.

Balaca vətənpərvər, cənnət bağçası və ağlayan ağac...

  • 16 İyul 2018
  • comments

Enerji və qaz təchizatı: nəzarət qaydası təsdiqlən...

  • 17 İyul 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Ekologiya
  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda