• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Eldar Əzizovun bioqrafiyası

  • 17 İyul 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetXəbər

İyulun 16-da bir çox media orqanı Eldar Əzizovun prezident İlham Əliyevin sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunduğunu xəbər verib.

Qafqazinfo.az-ın 17 iyul məlumatına görə, bu gün Eldar Əzizov kollektivə təqdim olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən “Amerikanın səsi”nə bildiriblər ki, Eldar Əzizov müavin postunda başçının səlahiyyətlərini də icra edəcək.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postu boşdur. 2001-ci ildən icra başçısı olan Hacıbala Abutalıbov bu il aprelin 21-də baş nazirin müavini təyin edilib.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının başqa bir müavini Fidumə Hüseynovadır.

Novator.az bildirir ki, Eldar Əzizov 1957-ci il iyunun 28-i Bakı şəhərində anadan olub. 1979-cu ildə indiki Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Həmin ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələr tutub.

1984-cü ildən 26 Bakı Komissarları Rayon Komsomol Komitəsinin birinci katibi, 1987-ci ildən Bakı Şəhər Komsomol Komitəsinin birinci katibi olub.

1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi, 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifələrində işləyib.

1998-ci ildən Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini postlarında çalışıb.

2000-ci ilin iyun ayından Nizami Rayon İcra Hakimiyyətinin (Bakı) başçısı, 2003-2011-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin, 2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, 2015-ci ilin sentyabr ayından Səbail Rayon İcra Hakimiyyətinin başçısı olub.

Fərqli istiqamətlər

  • 17 İyul 2018
  • comments

Hər beş turistdən biri Körfəz ölkələrindən gəlir

  • 17 İyul 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Baş turnirin 36-ları

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ-ın ən yüksək rüsum tətbiq etdiyi ölkələr

GLOBALS:0
comments
Xəbər

“AzəriLayt”ın qiyməti

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Pekin nadir metallar üzərində nəzarəti gücləndirir

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Baş turnirin 36-ları

Son materiallar

comments
Xəbər

Baş turnirin 36-ları

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ-ın ən yüksək rüsum tətbiq etdiyi ölkələr

GLOBALS:0
comments
Xəbər

“AzəriLayt”ın qiyməti

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda