Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 17-də keçirilmiş özəlləşdirmə hərracından məlumat yayıb. Qeyd olunur ki, Tovuzda yerləşən dövlət əmlakı rəqabətli mühit yaradıb: ümumi faydalı sahəsi 103 kvadratmetr olan obyektə 2 sifariş alınıb, ilkin hərrac qiyməti 10 min manat təyin edilib, sonda obyekt 12 min manata satılıb.
Hərracda 7-si kiçik dövlət müəssisəsi, 6-sı qeyri yaşayış sahəsi olmaqla 13 dövlət əmlakı özəlləşdirilib. Bakının Hövsan qəsəbəsində yerləşən, ümumi faydalı sahəsi 19,7 kvadratmetr dövlət əmlakı 1750 manata alınıb.
Digər bir hərrac iştirakçısı 12 min 500 manat ödəyərək Sabirabad şəhərində ümumi faydalı sahəsi 249 kvadratmetr olan obyektə yiyələnib.
Lənkəranın Xarxatan kəndində yerləşən, ümumi faydalı sahəsi 38,5 kvadratmetr olan obyekt üçün 2 min manat ödənib.