• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mandatı alan qərardan necə şikayət veriləcək?

  • 16 İyul 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

Prezident İlham Əliyev İnzibati Prosessual Məcəlləyə dəyişiklikləri təsdiqləyib. Yenilik deputatın mandatdan məhrum edilməsi haqqında qərardan şikayət üzrə icraatın xüsusiyyətlərini tənzimləyir.

Normaya görə, Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarının mübahisələndirilməsinə dair iddia ərizəsi apellyasiya instansiyası məhkəməsinə həmin qərar rəsmi dərc edildiyi gündən 10 gün müddətində verilir. İddia ərizəsinə məhkəmə 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Proses ərizəçinin və Mərkəzi Seçki Komissiyasının nümayəndəsinin iştirakı ilə keçirilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur.

İş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Ali Məhkəmə şikayətə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxıb qərar qəbul etməlidir.

Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyası deputatı bu hallarda mandatdan məhrum edə bilər:

1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);

5) özü imtina etdikdə;

6) konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.

Ana qanunun 93-cü maddəsinin III hissəsinə görə, Milli Məclisin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər.

Sumqayıtda həbslər

  • 16 İyul 2018
  • comments

Mer postuna namizəd var, seçki yox

  • 16 İyul 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

ABŞ prezidentlərinin səlahiyyət müddətləri

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Fələstini tanımaq istəyən ölkələr artdı

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Demokratın kədəri, qəlbi

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

ABŞ prezidentlərinin səlahiyyət müddətləri

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

ABŞ prezidentlərinin səlahiyyət müddətləri

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Fələstini tanımaq istəyən ölkələr artdı

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda