• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Milli Şura azadlıqlara çağırır

  • 13 İyul 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, iyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəzaya görə ölkənin qaranlığa qərq olması, hökumətin bu böhranı 2 gün ərzində aradan qaldıra bilməməsi, ardınca Gəncə şəhərində icra hakimiyyəti başçısına qəsd ölkədə çox ciddi problemlərin yaşandığını nümayiş etdirir: “Gəncə şəhərində vəziyyətin gərginləşməsi və iyulun 10-da kütləvi etiraz zamanı 2 yüksək rütbəli polis zabitinin bıçaqlanaraq öldürülməsi göstərdi ki, Azərbaycan, dəfələrlə xəbərdar etdiyimiz kimi, olduqca təhlükəli mərhələyə gətirilib. İqtidarın yarıtmaz siyasəti nəticəsində ölkə vətəndaş qarşıdurmasının bir addımlığındadır.

Milli Şura siyasi mübarizədə hər cür zoru qətiyyətlə pisləyir, dinc mübarizəyə, onun uğurlarına inanır, zorakı hərəkətləri, o cümlədən dövlət məmurları və polisə qarşı zorakılığı rədd edir və hər bir vətəndaşımızı belə hərəkətlərdən çəkinməyə çağırır”.

Milli Şura qeyd edir ki, həm ölkədəki enerji böhranı, həm də Gəncədə yaşanan gərginlik hakimiyyətin yarıtmaz siyasətinin doğurduğu nəticələrdir: “Ölkədəki irimiqyaslı korrupsiya, hakimiyyətin bacarıqsızlığı, insan hüquq və azadlıqlarının tamamilə məhdudlaşdırılması, görünməmiş həddə ədalətsizlik, haqsızlıq, insanlara öz etirazını hər hansı legitim formada ifadə etməyə imkan verilməməsi, seçki institutunun, parlamentarizmin, müstəqil məhkəmə sisteminin sıradan çıxarılması, azad mətbuatın məhv edilməsi indiki nəticələri doğurub.

Son hadisələr göstərdi ki, Azərbaycan cəmiyyətində böyük bir gərginlik, iqtidarın siyasətinə qarşı qəzəb var. Azərbaycan iqtidarı isə öz davranışı ilə nümayiş etdirdi ki, hər hansı böhranı idarə etmək qabiliyyətində deyil, siyasi qüvvə kimi tamamilə tükənib, mövcudluğunu yalnız polisin gücünə qoruyub saxlayır, xalqın qarşısında fiziki güc olaraq dayanır”.

Hakimiyyətə müraciətində Milli Şura bildirir ki, indiyə qədər aparılan siyasət Azərbaycan xalqını hiddətləndirib, vətəndaşlar çox qəzəblidir, etirazlarını ifadə etmək üçün legitim yollar arayır, bu qədər hüquqsuzluğa, ədalətsizliyə, təbəqələşməyə dözmək fikrində olmadığı haqda açıq mesajlar verir: “Ona görə də Azərbaycan iqtidarı xalqa qarşı inad göstərməyi dayandırmalı, ölkədə dəyişikliklərin qaçılmaz olduğunu anlamalı və demokratik dəyişikliklər üçün ilkin addımlar atmalıdır. Bu məqsədlə siyasi məhbuslar hamılıqla azad olunmalı, mətbuat və sərbəst toplaşmaq azadlıqları bərpa edilməli, insanların ölkənin hər yerində dinc etiraz hüququ təmin olunmalı, yubanmadan seçki və məhkəmə islahatlarına başlanmalıdır”.

Demokratik Qüvvələrin Milli Şurasına tarixçi professor Cəmil Həsənli sədrlik edir. Qurumun liderlərindən biri AXCP sədri Əli Kərimlidir.

Prezident iclas keçirib

  • 13 İyul 2018
  • comments

İşgüzar forum, yeni kreditlər

  • 13 İyul 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda