• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazirdən nöqsan hesabatı

  • 12 İyul 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi, neqativ halların qarşısının alınması, qərar qəbul etmə prosesində şəffaflığın artırılması məqsədilə aprelin 30-da yaradılan işçi qrupun növbəti iclası olub.

İyulun 12-də yayılan rəsmi məlumata görə, iclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, qanunsuz şəkildə sosial yardım alan ailələrin müəyyən olunaraq onların yardımla təminatının dayandırılması, eyni zamanda sosial yardıma ehtiyacı olan, lakin bu yardımı ala bilməyən ailələrin sosial yardıma əlçatanlığının təmin edilməsi üçün konkret işlər aparılır: “Ünvanlı dövlət sosial yardımı üzrə yaradılmış işçi qrupu vəziyyəti araşdıraraq qısamüddətli dövr üzrə bir sıra vacib addımlar atılıb. Ailələrin sosial yardım almaq hüququna baxılması üçün müraciət edərkən bəzi hallarda sövdələşmələr, sosial yardım üçün elektron qaydada müraciətin edilməsində köməkliyə görə qeyri-qanuni ödəmə tələb edən işbazların olması kimi hallar ünvanlı dövlət sosial yardım mexanizminə neqativ təsir edib. Bu hallar, habelə sosial yardım almaq hüququna baxılması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsində ünvanlılıq, ədalətlilik prinsiplərinin və şəffaflığın pozulması, subyektiv yanaşmaların özünü göstərməsi vətəndaşlar arasında haqlı narazılığa səbəb olub. Son iki ayda aparılan araşdırmalar zamanı fəaliyyətlərində ciddi nöqsanlara yol verdiyi müəyyən olunan Dövlət Sosial Müdafiə Fondunun 11 rayon şöbəsinin rəhbəri işdən azad edilib”.

Nazir qeyd edib ki, aztəminatlı ailələrin müəyyən edilməsi prosesinin daha şəffaf, keyfiyyətli şəkildə həyata keçirilməsi üçün maddi-məişət şəraitinin müayinəsinin nəticələrinin elektron imza ilə təsdiq edilməsi tapşırılıb.

Hazırda 54 min ailənin (213 min nəfər ailə üzvü) ünvanlı sosial yardımla təmin edildiyini vurğulayan nazir diqqətə çatdırıb ki, hər ailəyə orta hesabla ayda 178 manat sosial yardım ödənir.

Nazirin sözlərinə görə, ümumilikdə bu il sosial yardımın alınması üçün elektron sistemə təxminən 90 minə yaxın müraciət daxil olub, 18332 ailəyə sosial yardım təyin edilib.

Baş nazir hökuməti yenilədi

  • 12 İyul 2018
  • comments

Yerevanda mer seçkisi təyin olundu

  • 12 İyul 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda