Dövlət Gömrük Komitəsi 2018-ci ilin yanvar-iyun ayları üzrə hüquqpozmaların statistikasını yayıb. Novator.az bildirir ki, hesabata görə, 6 ayda gömrük orqanları 232 qaçaqmalçılıq faktı, 107 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi faktı, 17 aksiz markası olmadan mal idxal etmə faktı, 4 gömrük ödənişindən yayınma faktı, 90 digər cinayət xarakterli fakt qeydə alıb.
Hesabat dövrü ərzində gömrük hüquqpozmalarında 374 şəxs təqsirləndirilib.
Dövlət Gömrük Komitəsi 4141 inzibati xəta faktı ortaya çıxarıb.