• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bəzi yerlərdə işıqlar yenə sönüb

  • 12 İyul 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

İyulun 12-si saat 16 radələrində ölkənin, o cümlədən paytaxtın bəzi yerlərində işıqlar yenə sönüb.

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı mediaya açıqlamasında deyib ki, Ağsu rayonunun Bico kəndinə yaxın ərazidən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən yanğın baş verib. Buna görə də təhlükəsizlik məqsədilə ölkənin bəzi bölgələrinə, həmçinin paytaxtın bəzi yerlərinə enerji verilişi dayandırılıb.

Nəticədə saat 16:10-dan 16:30-dək Bakı metrosunun “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında qatarların hərəkəti də dayanıb, bu stansiyalara giriş bağlanıb. Tuneldə qatar qalmayıb.

Digər stansiyalarda problem olmayıb.

Paytaxtın bəzi küçələrində svetoforlar da sönüb. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev mediaya bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində bir çox küçə və prospektdə svetoforların fəaliyyəti bərpa edilib: “Bütün svetoforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür”.

“Azərişıq” ASC saat 17:30 radələrində məlumat yayıb. Məlumatda deyilir: “Azərenerji” ASC-yə məxsus 500 kilovatlıq Abşeron yüksək gərginlikli hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub. “Azərişiq” ASC  öz şəbəkələri vasitəsilə birinci kateqoriyalı obyektlərin – Bakı metrosu, Heydər Əliyev hava limanı, su-kanalizasiya, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, hazırda həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunur”.

Ağsu rayonunun Bico kəndinə yaxın ərazidə yanğın iyulun 12-si saat 14:35 radələrində başlayıb. Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a verilən məlumata görə, biçilmiş taxıl sahələrindən başlayan yanğın şimal dağlıq ərazilərinə tərəf irəliləyib. Saat 17:30-dək 50 hektardan çox biçilmiş taxıl, quru ot və kol-kos sahələri yanıb. Yanğının qarşısının alınması üçün Ağsu, habelə Şamaxı və Göyçay rayonlarının yanğından mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Novator.az xatırladır ki, bu ay Mingəçevir şəhərindəki “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin ərazisində üç dəfə qəza baş verib. İyulun 3-nə keçən gecə elektrik stansiyasının yarımstansiyalarından birində cərəyan transformatorunda yanğınla nəticələnən qəza nəticəsində Bakı və Gəncə şəhərləri də daxil olmaqla ölkənin 39 şəhər və rayonu işıqsız qalıb. Həmin gün saat 19 radələrində baş verən ikinci qəza nəticəsində işığı kəsilən şəhər və rayonlarda oxşar problemlər yaşanıb, eyni zamanda Bakı metrosu iyulun 4-ü günortayadək fəaliyyət göstərə bilməyib.

İyulun 3-də prezident İlham Əliyev qəza ilə əlaqədar dövlət komissiyası yaradıb, iyulun 4-də isə komissiya üzvlərinin iştirakı ilə müşavirə keçirib.

“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin ərazisində iyulun 5-i səhər baş verən və tezliklə qarşısı alınan üçüncü yanğın elektrik təchizatında fasilənin yaranmasına səbəb olmayıb.

Qəzanın fəsadları

Qəza ilə bağlı komissiya yaradıldı

Bakı metrosuz qalıb

Prezident Administrasiyasının məlumatı

Metro işə düşüb

Enerji müşavirəsində sərt sözlər

Mingəçevir stansiyasında üçüncü qəza

Xəbərdarlıqlar, tapşırıqlar

Prezident NATO-nun tədbirinə qatılıb

  • 12 İyul 2018
  • comments

Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçild...

  • 12 İyul 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • Hadisə

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda