• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xorvatiya, ya İngiltərə?

  • 11 İyul 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

Novator.az futbol icmalçısı Rasim Mövsümzadənin 2018-ci ilin dünya çempionatı ilə bağlı yeni təqdimatını diqqətə çatdırır.

Rusiyada keçirilən çempionatda Fransa milli komandası finala adlayıb. İyunun 11-nə təyin olunmuş ikinci yarımfinalda Xorvatiya ilə İngiltərə üz-üzə gəlir. Moskvanın “Lujniki” stadionunda keçiriləcək oyunu türkiyəli baş hakim Cüneyt Çakır idarə edəcək.

İlk dəfə müstəqil ölkə kimi DÇ-1998-də iştirak edən Xorvatiya tarixində 2-ci dəfə mundialın yarımfinalında təmsil olunur. 1998-ci ildə gələcək çempion Fransaya uduzan (1:2) xorvatlar həmin yarışı 3-cü yerdə başa vurublar. Ondan sonra iştirak etdiyi üç dünya çempionatında qrupda qalan, DÇ-2010-a ümumiyyətlə çıxa bilməyən Xorvatiya su polosunda 2 dəfə, həndbolda isə 1 dəfə dünya çempionluğunun sevincini yaşayıb.

Xorvatlar hazırkı mundialda iki oyunun gedişində birinci olaraq qapılarından top buraxsalar da, ruhdan düşməyərək məğlubiyyətdən xilas ola biliblər. Onlar həmçinin 1990-cı ildə ardıcıl iki mərhələdə penaltilər seriyasında qalib gələn Argentina komandasının nailiyyətini təkrarlayıblar.

İngiltərə millisinin cinah yarımmüdafiəçisi Eşli Yanq isə bu faktın onların xeyrinə olduğunu düşünür: “Xorvatların ardıcıl iki matçın hər birində 120 dəqiqə oynamaları bizim üçün əlavə üstünlük ola bilər”.

Yeri gəlmişkən, hər iki komanda bu mundialda məhsuldar oyunu ilə fərqlənir: ingilislər ilk beş oyunda 11, xorvatlar isə 10 qol vurublar.

Xorvatlar üçün uğurlu DÇ-1998-də Davor Şuker 6 qolla mundialın bombardiri olmuşdu. Komandanın indiki heyətində isə səkkiz futbolçu fərqlənib, onlardan da yalnız Luka Modriç rəqib qapısına 2 dəfə yol tapa bilib.

Maraqlıdır ki, xorvatlarda Modriç, ingilislərdə isə Harri Keyn hərəyə 3 dəfə “matçın oyunçusu” seçiliblər.

15-ci dəfə mundialda çıxış edən İngiltərə millisi tarixində 3-cü dəfə yarımfinalda oynayacaq. 1966-cı ildən dünya çempionu olan ingilislər DÇ-1990-da da 4-cü yeri tutublar.

Futbolçu kimi DÇ-1998-də 2 oyunda forma geyinən, DÇ-2002-də də ehtiyatda qalan ingilislərin hazırkı baş məşqçisi Qaret Sautgeyt komandasına güvənir: “Bizim inanılmaz mehriban komandamız var və uğurumuzun əsas səbəbi budur. İngiltərə millisi əsl zəhmətkeşlərin komandasıdır”.

İngiltərə millisinin heyətində “Tottenhem” klubunun hamıdan çox – 5 futbolçu ilə təmsil olunması da diqqət çəkir. Xorvatların heyətində isə yalnız 29 yaşlı müdafiəçi Deyan Lovren İngiltərə Premyer Liqasında – “Liverpul”da çıxış edir.

Rəqiblərin şəxsi görüşlərinə gəlincə, onlar dünya və Avropa çempionatlarının final turnirində cəmi bir dəfə qarşılaşıblar: Avro-2004-ün qrup oyununda ingilislər 4:2 hesabı ilə qalib gəlib. Ondan sonra Avro-2008-in seçmə mərhələsində iki qələbəyə sevinən (2:0 və 3:2) xorvatlar DÇ-2010-un seçmə mərhələsində isə hər iki görüşdə məğlub olublar – 1:4 və 1:5. Özü də 2009-cu ildə Londonda qeydə alınan 1:5 hesabı Xorvatiya millisinin tarixində ən böyük məğlubiyyətdir.

Valyuta yenilikləri

  • 11 İyul 2018
  • comments

Orta maaş 541 manata çatıb

  • 11 İyul 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda