• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qonşuların dueli

  • 10 İyul 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

Novator.az futbol icmalçısı Rasim Mövsümzadənin 2018-ci ilin dünya çempionatı ilə bağlı yeni təqdimatını diqqətə çatdırır.

Rusiyada keçirilən çempionatda 4 komanda yarımfinala adlayıb. İyunun 10-na təyin olunmuş ilk yarımfinalda Fransa və Belçika milli komandaları üz-üzə gəlir.

21 mundialın 15-də çıxış edən Fransa futbolçuları 6-cı dəfədir yarımfinala yüksəlirlər. Bundan əvvəl finala çıxmaq cəhdlərindən yalnız ikisi uğurla nəticələnib, onlardan da birində – 1998-ci ildə çempionluq hədəfinə çatmaq mümkün olub.

Dünya çempionatlarında 13-cü dəfə çıxış edən belçikalılar isə tarixlərində ikinci dəfə yarımfinal həyəcanı yaşayacaq. 1986-cı ildə finala çıxmaq uğrunda Argentina komandası ilə mübarizə aparan və Dieqo Maradonanın iki qolu üzündən məğlub olan (0:2) belçikalılar 3-cü yer üçün görüşdə hesabı açmalarına baxmayaraq əlavə vaxtda məhz fransızlara uduzublar – 2:4.

Bu iki qonşu ölkəni birləşdirən çox ümumi məqam var. Məsələn, bir müddət Fransanın tərkibində olan (1792-1815) Belçika əhalisinin 40%-i fransızdillidir , onların da əksəriyyəti ölkənin cənubundakı Valloniya bölgəsində yaşayır.

Fransa və Belçikanın milli futbol komandaları ilk oyunlarını da uzaq 1904-cü ildə məhz öz aralarında keçiriblər – 3:3.

Bundan başqa məşhur fransalı futbolçu Tyerri Anri hazırda Belçika komandasının köməkçi məşqçilərindən biridir.

Son 10 ildə üç dəfə qarşılaşan rəqiblərin 2011 və 2013-cü illərdəki yoldaşlıq görüşləri qolsuz başa çatıb. 2015-ci ildə isə Belçika millisi Maruan Fellaininin dublu, həmçinin Raca Naynqqolan və Eden Azarın (penaltidən) qolları sayəsində “Stad de Frans”da 70 min azarkeşin gözü qarşısında fransızlara 4:3 hesabı ilə qalib gəlib.

Azardan söz düşmüşkən, “Çelsi”nin futbolçusu Braziliya ilə qarşılaşmada rəqibin ümumilikdə etdiyi qədər – 10 uğurlu driblinq edib. İspaniyanın “Don Balon” nəşrinin son məlumatına görə, Madrid “Real”ının da hədəfində olan 27 yaşlı cinah oyunçusu üçün “Mançester Siti” 150 milyon avro ödəməyə hazırdır.

2018 mundialının ən yaxşı oyunçularından olan Azar bu gedişlə “Qızıl top”a da əsas namizədlərdən biri olacaq. Belçika millisinin kapitanı isə fransızların 19 yaşlı forvardı Kilian Mbappeni fərqləndirir: “O, “Qızıl top”u qazanacaq potensiala malikdir. Fikrimcə, o, indidən bu mükafata layiqdir”.

Amma fransızlar təhlükəni təkcə Azardan gözləməli deyillər. Bu mundialda Belçika millisinin vurduğu 14 qola 9 futbolçunun imza atması diqqət çəkir.

Türkiyə vitse-prezidenti Fuad Oqtay

  • 10 İyul 2018
  • comments

6 ayda qiymətlər necə dəyişib?

  • 10 İyul 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda