• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Türkiyə parlamentində qüvvələr nisbəti

  • 09 İyul 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetXəbər

Türkiyə Böyük Millət Məclisinin yeni tərkibində 7 partiya yer alır.

Novator.az-ın məlumatına görə, 600 nəfərlik parlamentdə hakim Ədalət və İnkişaf Partiyası 294 mandatla üstün mövqedədir.

Cümhuriyyət Xalq Partiyası 144 mandatla ikinci böyük fraksiyadır.

Xalqların Demokratik Partiyası parlamentdə 67 mandatla təmsil olunur.

Milliyyətçi Hərəkat Partiyasının 49 mandatı var.

Onu 43 mandatla Yaxşı Partiya izləyir.

Səadət Partiyası Türkiyə Böyük Millət Məclisində 2, Böyük Birlik Partiyası 1 kürsüyə sahibdir.

Parlament sədri iyulun 12-də seçiləcək. Hakim partiya bu posta sonuncu baş nazir Binəli Yıldırımı namizəd göstərib. Sədr seçilmək üçün ilk iki turda 400 səs, üçüncü turda 301 səs lazımdır.

Binəli Yıldırım 1955-ci ildə doğulub. Ədalət və İnkişaf Partiyasının qurucularındandır. 2002-ci ildən bəri bütün hökumətlərdə təmsil olunub. 2016-cı il mayın 24-dən baş nazir postunu tutub.

Türkiyədə iyunun 24-də keçirilmiş prezident və parlament seçkilərinin nəticələri iyulun 4-də təsdiqlənib. Novator.az-ın məlumatına görə, Ali Seçki Qurumu prezident seçkisində hakim Ədalət və İnkişaf Partiyasının sədri, dövlət başçısı Rəcəb Teyyub Ərdoğanı 26 milyon 330 min 823 səslə qalib elan edib. Dövlət başçısının ən yaxın rəqibi – Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə 15 milyon 340 min 321 səs toplayıb.

24 iyun seçkiləri ilə ölkə konstitusiyasına dəyişikliklər tam qüvvəyə minir, idarə üsulu dəyişir: baş nazir postu ləğv edilir, prezident hökumət başçısı olub kabineti formalaşdırır.

Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən 2014-cü ilədək baş nazir olub. 2014-cü ildən prezidentdir.

Xidmət hesabatları

  • 09 İyul 2018
  • comments

Yerevan meri istefa verdi

  • 09 İyul 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda