Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatı və pul bazası barədə hesabatlar yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, iyulun 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 512,7 milyon dollar, pul bazasının həcmi 8 milyard 588 milyon manat olub.
Bir ayda həm valyuta ehtiyatı, həm də pul bazası artıb. İyunun 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 471,4 milyon dollar, pul bazasının həcmi 8 milyard 404 milyon manat idi.