Baş nazirin birinci müavini Yaqub Eyyubov və “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev iyulun 3-də Mingəçevirdəki İstilik Elektrik Stansiyasına (İES) baş çəkiblər.
AZƏRTAC-a danışan “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib ki, baş nazirin birinci müavini qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tapşırıqlar verib.
İyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki İstilik Elektrik Stansiyasının yarımstansiyasında cərəyan transformatoru sıradan çıxmış, nəticədə Bakıda, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.