• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mixail Saakaşvili yenə iş aldı

  • 29 İyun 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 6 il müddətinə azadlıqdan məhrum edilib. Novator.az-ın məlumatına görə, qiyabi hökmü iyunun 28-də Tbilisi Şəhər Məhkəməsi çıxarıb. Mixail Saakaşvili 2005-ci ildə parlamentin deputatı Valeri Gelaşviliyə edilmiş hücumun təşkilində təqsirli bilinib.

1967-ci il təvəllüdlü Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2013-cü ildə Mixail Saakaşvili ölkəsini tərk edib. Gürcüstanda onun haqqında bir neçə cinayət işi qaldırılıb.

2005-ci ildə Mixail Saakaşvili dövlət başçısı postunu tutarkən Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə Valeri Gelaşvilini döyüblər. Deputat ağır xəsarətlərlə xəstəxanaya düşüb. Valeri Gelaşvili hücumu Mixail Saakaşvilinin sifarişi saydığını bəyan edib. 2013-cü ildə Mixail Saakaşvili prezident postundan gedəndən sonra bu hadisə üzrə istintaq yenilənib.

Bu il yanvarın 5-də Tbilisi Şəhər Məhkəməsi Mixail Saakaşviliyə başqa bir iş üzrə qiyabi hökm çıxarıb. Sabiq prezident bankir Sandro Qirqvlianinin işi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib, 3 il azadlıqdan məhrumetmə cəzası alıb.

Sandro Qirqvliani 2006-cı ildə öldürülüb. 2008-ci ildə prezident postunu tutan Mixail Saakaşvili bu ölüm işinə görə tutulmuş 4 polis zabitini əfv edib və onlar azadlığa çıxıblar. Sabiq prezidentə məhz buna görə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı verilib.

2015-ci ildən Ukraynada yaşayan sabiq prezident 30 may 2015-ci ildən 10 noyabr 2016-cı ilədək Odessa vilayətinin qubernatoru olub.

Sonradan Mixail Saakaşvili Yeni Qüvvələr Hərəkatı yaradaraq Ukrayna hakimiyyətinə qarşı mübarizə aparıb, bu il fevralın 12-də ölkədən deportasiya edilib. Hazırda sabiq prezident Niderlandda yaşayır.

Mixail Saakaşvilinin vətəndaşlığı yoxdur. O, 2015-ci ildə Gürcüstan vətəndaşlığından, 2017-ci ildə Ukrayna vətəndaşlığından çıxarılıb.

Ibrahimxelil

Tiflisdə serotonin sevdası (senzitiv)

  • 29 İyun 2018
  • comments

1/8 final: kimin nə şansı var?

  • 29 İyun 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda