Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iyunun 29-da Dövlət Məşğulluq Xidmətinin tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizli məşğulluq tədbirindən məlumat yayıb.
Bakı Biznes Universitetində təşkil edilən məşğulluq tədbirində 52 müəssisə 235 vakant iş yeri təqdim edib və bu iş yerləri üzrə göndərişlər verilib.
Tədbirdə danışan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib ki, nazirliyin məşğulluq orqanlarının yanvar-may aylarında işlə təmin etdiyi 35,3 min nəfərdən 9573-ü gəncdir. O qeyd edib ki, 5 ayda 1317 nəfər üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib və onların 700 nəfərə qədəri gənclər olub.
Hesabata görə, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Peşə Reabilitasiya Mərkəzinə 80 nəfər gənc peşə təliminə qəbul edilib. Həmçinin son beş ayda 63,2 min nəfər gəncə düzgün peşə seçimi aparmalarına köməklik məqsədilə peşəyönümü məsləhətləri verilib.