• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azər Qasımlı həbsini necə şərh edir?

  • 28 İyun 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Respublikaçı Alternativ Partiyası (REAL Partiya) Məclisinin üzvü Azər Qasımlı iyunun 28-də həbsdən buraxılıb.

Bu il mayın 28-də REAL Partiyanın fəalları Bakının mərkəzində Respublika Günü münasibətilə yürüş keçiriblər. Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək yürüşün sonadək davam etməsinə imkan verməyib.

Bunun ardınca REAL-ın bir neçə üzvü polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinərək inzibati həbs cəzası alıb. Azər Qasımlıya, Nəriman Mücahid İsmayıla, Ərəstun Baxşəliyevə 30 sutka, Elmin Mirzəyə 25 sutka, Anar Məmmədova 10 sutka həbs verilib.

İyunun 28-də həbsdən çıxan Azər Qasımlı Azadliq.org-a deyib ki, 30 sutkalıq cəzaya məhkum olunmağı hər hansı xəta törətməsinə görə yox, siyasi fəaliyyəti ilə bağlıdır: “Bu bizə təzyiqdir”.

Azər Qasımlı qeyd edib ki, mayın 29-da Baş Prokurorluqdan zəng vurub onu birinci müavin Rüstəm Usubovla görüşə dəvət ediblər: “Amma prokurorluqda mətbuat xidmətinin rəhbəri ilə görüşdüm. Həmin görüşdə bizim Bakı Şəhər İcra Hakimiyyətindən icazə almadan yürüş keçirməyimiz qanunu pozmağımız kimi dəyərləndirildi. Halbuki REAL Partiyanın Xocalı faciəsinin ildönümü zamanı da belə yürüşü olub. Heç bir rəsmi qurumdan da icazə almamışıq. Mətbuat xidmətinin rəhbəri xəbərdarlıq etdi ki, bir daha qanunvericiliyi pozmayaq”.

Azər Qasımlı deyir ki, bundan sonra onu 26-cı polis bölməsinə çağırıb polisə tabe olmamaq ittihamı ilə Yasamal Rayon Məhkəməsinə aparıblar: “Burada maraqlı olan bu idi ki, polis nəfərləri onları söymədiyimi dedilər və polisə müqavimət göstərmədiyimi bildirdilər. Bununla belə, mənə 30 sutkalıq inzibati cəza verildi”.

Respublikaçı Alternativ Partiyası eyni adlı ictimai-siyasi hərəkatın bazasında 2018-ci ilin aprelində təsis olunub. Təsis qurultayında partiyanın sədri vəzifəsinə həbsdə olan İlqar Məmmədov seçilib.

İlqar Məmmədov REAL Hərəkatına yarandığı vaxtdan – 2008-ci ildən rəhbərlik edib. O, 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb.

Azər Qasımlı həbs olunub

REAL-ın daha bir üzvü həbs olunub

REAL-da üçüncü həbs

Dördüncü həbs: Ərəstun Baxşəliyev də tutuldu

Daha bir REAL-çı həbs cəzası alıb 

“Hər məhbusun cəzasının yumşaldılması mümkün deyil...

  • 28 İyun 2018
  • comments

Ordu təlimə başlayır

  • 28 İyun 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda