• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Peşə təhsili qanunu

  • 26 İyun 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Prezident İlham Əliyev iyunun 25-də “Peşə təhsili haqqında” qanunu imzalayıb. Novator.az-ın məlumatına görə, qanunda peşə təhsili müəssisələrinin növləri belə sıralanır: peşə məktəbi; peşə liseyi; peşə təhsil mərkəzi.

Peşə təhsilinin səviyyələri bunlardır: ilk peşə təhsili; texniki peşə təhsili; yüksək texniki peşə təhsili.

Peşə məktəbinə qəbul olunan şəxslərə ilk peşə təhsili; texniki peşə təhsili almaq hüququ verilir.

Peşə liseyinə qəbul olunan şəxslər ilk peşə təhsili; texniki peşə təhsili və tam orta təhsil alırlar.

Peşə təhsil mərkəzinə qəbul olunan şəxslərin ilk peşə təhsili; texniki peşə təhsili; tam orta təhsil; yüksək texniki peşə təhsili almaq hüququ var.

Təhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 1 il, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 2 il; tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 6 ay, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 1 il; ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda 3 il; ümumi orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 4 il; tam orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 3 ildir.

Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin öz vəsaiti hesabına sifarişlər əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasın artırılması və yenidənhazırlanma üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.

Ali təhsilli şəxslərin də peşə təhsili almaq hüququ var.

Peşə təhsili müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyə, yerli və xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.

Peşə təhsili müəssisələrinə lisenziya müddətsiz verilir.

Qanunun tətbiqi ilə bağlı prezident fərmanına əsasən, Nazirlər Kabineti beş ay müddətində peşə təhsili müəssisələrinə qəbul qaydasını təsdiq etməlidir.

Prezident: “Ermənistan bizimlə rəqabət apara bilmi...

  • 26 İyun 2018
  • comments

Gürcüstan hökuməti necə ixtisar olunur?

  • 26 İyun 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda