Məhbus bloqçu Mehman Hüseynovun kassasiya şikayətinə baxılması prosesi başa çatıb.
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib.
Aprelin 12-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxladıqdan sonra Ali Məhkəməyə şikayət verilib.
Sentyabrın 29-da Ali Məhkəmə bu qərarı ləğv edərək işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi işə yenidən baxıb, amma Mehman Hüseynov barəsində Suraxanı Rayon Məhkəməsinin çıxardığı hökmü yenə qüvvədə saxlayıb.
Müdafiə tərəfi bu qərardan da kassasiya şikayəti verib. Şikayətə baxılması 2018-ci ilin iyun ayının 25-də yekunlaşıb. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən iclasda şikayət təmin edilməyib.
Mehman Hüseynovun vəkili Fuad Ağayev Ali Məhkəmənin 25 iyun qərarını alandan sonra Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini söyləyib.
Mehman Hüseynov yoxa çıxıb
Mehman Hüseynovun məhkəməsi: qərar verildi
Nazirlik bloqçudan şikayətçidir
Mehman Hüseynovdan iltizam alındı
Mehman Hüseynov azadlıqdan məhrum edildi
Mehman Hüseynov həbsdə qaldı
Mehman Hüseynovun şikayətinə Ali Məhkəmədə baxılacaq
Mehman işi aşağı məhkəməyə qaytarıldı
Məhkəmə hökmü yenə qüvvədə saxladı
Məhbus bloqçu “Nərgiz” mükafatına layiq görülüb
Mehman Hüseynovun işindən şikayət hazırlanır
Mehman Hüseynovun işi: naməlum səbəblər