• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ərdoğan da uddu, partiyası da

  • 25 İyun 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Türkiyədə iyunun 24-də keçirilmiş prezident və parlament seçkilərinin ilkin nəticələri bəlli olub. Novator.az-ın məlumatına görə, prezident seçkisində hakim Ədalət və İnkişaf Partiyasının sədri, dövlət başçısı Rəcəb Teyyub Ərdoğan 52,4% səslə qalib gəlib.

Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə seçicilərin 30,8%-nin dəstəyini alıb.

Xalqların Demokratik Partiyasından Səlahəddin Dəmirtaş (həbsdədir) 8,3%, Yaxşı Partiyanın lideri Maral Akşener 7,4%, Səadət Partiyasının lideri Təməl Qaramollaoğlu 0,9%, Vətən Partiyasının lideri Doğu Perinçek 0,2% nəticə göstərib.

Parlament seçkisinə Xalq ittifaqı adı altında qatılan Ədalət və İnkişaf Partiyası 600 yerlik Böyük Millət Məclisinə 293 mandat, Milliyyətçi Hərəkat Partiyası 50 mandat qazanıb.

Millət ittifaqı adı altında birləşən Cümhuriyyət Xalq Partiyası 146, Yaxşı Partiya 44 mandat əldə edib.

Xalqların Demokratik Partiyası 67 mandat götürüb.

24 iyun seçkiləri ilə ölkə konstitusiyasına dəyişikliklər tam qüvvəyə minir, idarə üsulu dəyişir: baş nazir postu ləğv edilir, prezident hökumət başçısı olub kabineti formalaşdırır.

1954-cü ildə İstanbulda doğulan Rəcəb Teyyub Ərdoğan siyasətlə 1976-cı ildən məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub. 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb.

2001-ci ildə Ədalət və İnkişaf Partiyasını yaradıb. Bu partiya 2002-ci ildən təkbaşına hakimiyyətdədir.

Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən 2014-cü ilədək baş nazir olub. 2014-cü ildən prezidentdir.

Pambıqçıların zəhərlənməsi: 5 nəfər həbs olundu

  • 22 İyun 2018
  • comments

13 seçkilik zəfər

  • 25 İyun 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ukrayna: savaşa 60 yaş+ qaydası gəlir

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda yeni seçki sorğusu

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ-Avropa: kimin üzü gülür?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Ada dövlət qərq olur

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ukrayna: savaşa 60 yaş+ qaydası gəlir

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ukrayna: savaşa 60 yaş+ qaydası gəlir

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda yeni seçki sorğusu

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ-Avropa: kimin üzü gülür?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda