• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dövlət qulluqçularının orta yaş həddi 44 ildir

  • 22 İyun 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

23 iyun dövlət qulluqçularının peşə bayramı günüdür. Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılovun bu münasibətlə AZƏRTAC-da yayılan məqaləsində deyilir ki, 2000-ci il iyulun 21-də Azərbaycanda dövlət qulluğunun təşkilində yeni dövr açan “Dövlət qulluğu haqqında” qanun imzalanıb: “Qəbul edildiyi gündən indiyədək bu qanundan irəli gələn bir çox normativ hüquqi akt imzalanıb, eyni zamanda ölkə qanunvericiliyinin müntəzəm təkmilləşdirilməsindən irəli gələn mühüm dəyişiklik və əlavələr edilərək son dərəcə mükəmməl bir qanun kimi formalaşıb. “Dövlət qulluğu haqqında” qanuna onun qəbul edildiyi gündən indiyədək 170 dəyişiklik və əlavə edilib. Bu dəyişiklik və əlavələr qanunun təkmilləşməsinə xidmət edib və qətiyyətlə demək olar ki, qanun postsovet məkanında ən mükəmməl qanunlardan biridir.

“Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq qəbul edilmiş aktları sadalayarkən dövlət qulluqçularının etik davranış qaydaları, icbari sığortası, pensiya təminatı və digər məsələlər haqqında qanunları qeyd etmək lazımdır. Dövlət qulluğu məsələlərinə dair indiyədək onlarla qanun, fərman, sərəncam və bir çox digər normativ xarakterli akt qəbul edilib, onlar da idarəçiliyin təşkilində mühüm rol oynayır. Azərbaycan prezidenti son 5 il 5 ay ərzində dövlət quruculuğu məsələlərinə dair 420-dən artıq fərman və sərəncam imzalayıb.

Dövlət qulluğu kreslo tutmaq, geniş səlahiyyətlər əldə etmək kimi başa düşülməməlidir. Əksinə, dövlət qulluqçularının çiyninə ağır yük düşür və bunu hər kəs gündəlik təcrübəsində görür və hiss edir. İlk baxışda onların sayı çox görünsə də, əslində heç də belə deyil. 2018-ci il yanvarın 1-nə olan məlumata görə, ölkədə dövlət qulluqçularının sayı 29,3 min nəfərdir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü göstərir ki, bu sahədə çalışanların orta yaş həddi 44 ildir. Bu rəqəmlər gənclər üçün zəngin təcrübə məktəbindən bəhrələnmək imkanı olduğunu sübut edir.

Ümumilikdə ölkənin idarə olunmasında və inkişafının gücləndirilməsində ciddi rol oynayan dövlət qulluqçularının sayı heç də çox deyil. Dövlət qulluqçuları Azərbaycanın məşğul əhalisinin çox cüzi bir hissəsini – 0,6 faizini təşkil edir”.

Şöbə müdiri yazır ki, Azərbaycanda dövlət qulluğunun lazımınca təşkili üçün həm siyasi rəhbərliyin iradəsi, həm onun səmərəli həyata keçirilməsi üçün real şərait, maddi və mənəvi baza, intellektual potensial var: “Azərbaycan dövlətinin və onun rəhbərliyinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının, onun sosial vəziyyətinin, güzəranının təmin edilməsi əsas yer tutur. Cənab prezident Nazirlər Kabinetinin iclasında deyib: “Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar. Ancaq buna baxmayaraq bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar, həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur”.

Dövlət başçısı dövlət qulluğunun, bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsi üçün müntəzəm və ardıcıl addımlar atır. Dövlət qulluğunda şəffaflığın təmin edilməsində və mənfi halların aradan qaldırılmasında institusional tədbirlərin görülməsini zəruri hesab edir və buna hər vasitə ilə dəstək olur”.

Prezidentin vədi: yeni vəsait ayrıldı

  • 22 İyun 2018
  • comments

Valyuta kursları

  • 22 İyun 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda