• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

AXCP üzvü həbsdə aclıq edir

  • 22 İyun 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

AXCP üzvü Füzuli Hüseynov həbsdə aclıq edir. Bunu “Amerikanın səsi”nə vəkil Cavad Cavadov deyib.

Füzuli Hüseynov iyunun 14-də REAL Partiyanın həbsdə olan sədri İlqar Məmmədovun doğum günü münasibətilə paytaxtda təkbaşına aksiya keçirib. O, əlində İlqar Məmmədovun şəkli olan plakat tutaraq məhbus siyasətçiyə azadlıq tələb edib.

Həmin gün tutulan Füzuli Hüseynova Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddəsiylə təqsirli bilinib.

Vəkil Cavad Cavadov iyunun 21-də inzibati həbs olunanların saxlandığı Binəqədi təcridxanasında Füzuli Hüseynovla görüşüb.

Füzuli Hüseynov vəkilinə deyib ki, həbs olunandan aclığa başlayıb, 5 gün sonra sağlamlıq durumu kəskin pisləşib. Füzuli Hüseynov hələ də aclığı davam etdirdiyini söyləyib.

Cavad Cavadovun sözlərinə görə, o, Füzuli Hüseynova aclıq aksiyasını dayandırmağı tövsiyə edib: “Söz verdi ki, mənim tövsiyəmlə bağlı düşünəcək. Halsız görünürdü…”

Vəkil Füzuli Hüseynov haqqındakı inzibati həbs qərarından apellyasiya şikayəti verəcək.

Füzuli Hüseynov əvvəllər də həbsdə olan ictimai-siyasi fəalların şəkilləri əks olunmuş plakatları qaldırmaqla təkbaşına aksiyalar keçirib və həmin aksiyalara görə də inzibati qaydada həbs edilib.

 

Müdafiə xərcləri 2,9 milyard manata qaldırılır

  • 22 İyun 2018
  • comments

Ərdoğanın hökumət planları

  • 22 İyun 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda