Pambıqçıların zəhərlənməsi: 5 nəfər həbs olundu
Saatlı və İmişli rayonlarında pambıqçıların zəhərlənməsinə görə 5 nəfər həbs olunub. Novator.az bildirir ki, bununla bağlı iyunun 22-də Baş Prokurorluğun, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. Həbs olunan şəxslər bunlard...
Gələnlər 10,1 faiz, gedənlər 3,3 faiz artıb
Dövlət Statistika Komitəsi turizmlə bağlı yeni hesabat yayıb. Novator.az bildirir ki, hesabata görə, 2018-ci ilin yanvar-may aylarında Azərbaycana 184 ölkədən 1 milyon 55,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 29,3 faizi...
Cəlilabadda “Kütləvi çıxarış”
Əmlak Məsələləri Dövlət Komitəsi iyunun 22-si Cəlilabad rayonunda “Kütləvi çıxarış” kampaniyası keçirib. Rəsmi məlumata görə, Cəlilabad və Göytəpə şəhərlərinin, Muğan, Qarazəncir, Maşlıq kəndlərinin sakinlərinə qeydiyyat xidmətləri göstərilib. Kampaniyada 150-yə yaxın sakin əmlak qeydiyyatı ilə bağl...
Jurnalistin vətəndaş mövqeyi olmalıdırmı?
Seymur Kazımov 2013-cü ildə Tbilisidə bir media tədbirində jurnalistin vətəndaş mövqeyi ilə bağlı müzakirə keçirilirdi. Paneldə Azərbaycan, Belarus və Gürcüstandan media menecerləri təmsil olunurdu. Gürcünü çıxmaq şərtilə, digər ikisi jurnalisti siyasətçi kimi avtoritarizmlə mübarizəyə səsləyirdi. B...
Ərdoğanın hökumət planları
Türkiyə prezidentliyinə namizəd, dövlət başçısı Rəcəb Teyyub Ərdoğan hökumətlə bağlı planlarını açıqlayıb. Novator.az-ın məlumatına görə, o deyib ki, prezident seçiləcəyi halda 6 nazirliyi ixtisar edəcək. Prezidentin planı Avropa İttifaqı Nazirliyinin Xarici İşlər Nazirliyinə birləşdirilməsini nəzər...
AXCP üzvü həbsdə aclıq edir
AXCP üzvü Füzuli Hüseynov həbsdə aclıq edir. Bunu “Amerikanın səsi”nə vəkil Cavad Cavadov deyib. Füzuli Hüseynov iyunun 14-də REAL Partiyanın həbsdə olan sədri İlqar Məmmədovun doğum günü münasibətilə paytaxtda təkbaşına aksiya keçirib. O, əlində İlqar Məmmədovun şəkli olan plakat tutaraq məhbus siy...
Müdafiə xərcləri 2,9 milyard manata qaldırılır
2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi açıqlanıb. Novator.az bildirir ki, layihəyə görə, dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manatdan 22 milyard 110 milyon manata; xərcləri 20 milyard 47 milyon manatdan 23 milyard 61 milyon manata qaldırılır. Büdcənin mədaxil mənbələrində...
Gürcüstan: iqtisadiyyat 5,3%, xarici ticarət 24,5% artıb
Gürcüstanda 2018-ci ilin ilk 5 ayının xarici ticarət hesabatı yayılıb. Novator.az xəbər verir ki, hesabata əsasən, yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 2017-ci ilin ilk 5 ayı ilə müqayisədə 24,5% artaraq 4,9 milyard dollara çatıb. İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bildirir ...
Cəhənnəmdən keçmiş mələk (82)
Avtobioqrafik roman İkinci bölüm Müəllif: BİRCƏ Ağzımızın dadını qaçırmış eltim olmasaydı, dönəlgəsi dönmüş evdə uşağımı rahatca böyüdərdim. Çalışırdım bu dölü dönük qızın gözünə görünməyim, çox vaxt çağırığına da cavab vermirdim. İt onu yallayan yiyəsinin baldırını qapdığı kimi gəlin hər gün qarnı...
Xarici borcun orta ödəniş müddəti açıqlanıb
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-a müsahibəsində dövlət borcu məsələsinə toxunub. O deyib ki, uzunmüddətli dövrü əhatə edən dövlət təminatlı qiymətli kağızların buraxılması dövlət zəmanətli daxili borc məbləğinin həcminin artmasına şərait yaratsa da, 2017-ci ildə Hesablama Palat...
Valyuta kursları
İyunun 22-də avro 1,9745, ingilis funt sterlinqi 2,2548, türk lirəsi 0,3585 manata qalxıb. ABŞ dollarının (1,7 manat), gürcü larisinin (0,6914 manat) və Rusiya rublunun (0,0267 manat) rəsmi məzənnələri dəyişməyib. Mərkəzi Bank BƏƏ dirhəmini 0,4628, Çin yuanını 0,2614, 100 İran rialını 0,004, 100 Yap...
Dövlət qulluqçularının orta yaş həddi 44 ildir
23 iyun dövlət qulluqçularının peşə bayramı günüdür. Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılovun bu münasibətlə AZƏRTAC-da yayılan məqaləsində deyilir ki, 2000-ci il iyulun 21-də Azərba...
Prezidentin vədi: yeni vəsait ayrıldı
Prezident İlham Əliyev Şamaxının Dəmirçi kəndini İsmayıllının Lahıc qəsəbəsi ilə birləşdirən 22 kilometrlik avtomobil yolunun tikintisi üçün əlavə tədbirlərə sərəncam verib. İyunun 21-də imzalanan sərəncamla 2018-ci ilin dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 13,7 milyon ...