• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İsraildəki “Avroviziya”ya dörd şəhər namizəddir

  • 21 İyun 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

2019-cu ilin may ayında İsraildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsinə ilkin maraq göstərən ölkələrin sayı 18-ə çatıb. Novator.az bildirir ki, iyunun 21-dək Almaniya, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İsveç, İsveçrə, Kipr, Malta, Norveç, Polşa, San Marino, Serbiya, Ukrayna “Avroviziya 2019”da iştiraka hazır olduqlarını açıqlayıblar.

İctimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışının qaydaları qalibə növbəti müsabiqəni təşkil etmək hüququ verir. Portuqaliyanın paytaxtı Lissabonun ev sahibliyi etdiyi “Avroviziya 2018”də israilli müğənni Netta Barzilay qələbə çalıb.

İsrail hökuməti “Avroviziya 2019” üçün dörd şəhəri namizəd göstərib: Yerusəlim, Tel-Əviv, Hayfa, Eylat. Son qərar sentyabr ayında veriləcək.

Yerusəlim (Qüds) işğal olunmuş şəhər sayıldığı üçün müsabiqənin orada keçirilməsi kütləvi boykota səbəb ola bilər. Çox ölkənin gözləmə mövqeyi tutması da bununla bağlıdır.

Azərbaycan “Avroviziya” musiqi yarışına 2008-ci ildən qatılır. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2013-cü ildə Fərid Məmmədov 2-ci, 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ildə Səmra Rəhimli 17-ci, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri tutub.

“Avroviziya 2018”də təmsilçi Aysel Məmmədova yarımfinalda ələnib.

Nazirin istefası qəbul olunmadı

  • 21 İyun 2018
  • comments

Seçki Türkiyəni necə dəyişdirir?

  • 21 İyun 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Mədəniyyət
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda