• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Köçkün probleminin yeganə həlli

  • 20 İyun 2018
  • comments
  • Novator.az
  • Posted in Şərh

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 20 iyun Dünya Qaçqınlar Günü ilə əlaqədar açıqlama yayıb. Açıqlamada BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına istinadla qeyd olunur ki, dünyada məcburi köçkünlərin sayı 41 milyon nəfərə çatıb: “Hərbi təcavüz və işğal nəticəsində Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən biridir. Ermənistan beynəlxalq hüququ və BMT nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı müharibəyə başlayıb, Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonu işğal edib, işğal edilmiş ərazilərdə və Ermənistan ərazisində 1 milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Azərbaycanda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1,2 milyon nəfəri keçib.

Azərbaycan Respublikası məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün zəruri tədbirlər görür. Son 20 ildə məcburi köçkünlərin sosial rifahının təmin edilməsi üçün 6 milyard ABŞ dolları həcmində vəsait sərf edilib və bunun nəticəsində məcburi köçkünlər arasında yoxsulluğun və işsizlik səviyyəsinin xeyli dərəcədə azalmasına nail olunub. Bu vaxta qədər 250 mindən artıq məcburi köçkün ev və mənzillərlə təmin olunub.

Bununla belə, öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq məcburi köçkünlərin arzuladığı yeganə seçimdir.

İşğal olunmuş ərazilərin iqtisadi, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsi Ermənistanın azərbaycanlı əhalinin öz evlərinə qayıtmasının qarşısını almaq və Azərbaycan torpaqlarını ilhaq etmək niyyətini nümayiş etdirir.

Həmçinin beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq Suriyadan erməni əsilli qaçqınları Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək məqsədi ilə həyat keçirilən siyasət Ermənistanın insan əzabından qeyri-qanuni məqsədlər üçün istifadə cəhdlərinin bariz nümunəsidir.

Məcburi köçkün probleminin yeganə həlli onların təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtmasının təmin olunmasıdır. Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması, öz mülkiyyət hüquqlarından istifadə etməsi təmin olunmalıdır. Yalnız bu halda münaqişənin davamlı həlli və regionda sülh və sabitliyin təmin olunması mümkündür”.

Jurnalist, yoxsa aktivist?

  • 20 İyun 2018
  • comments

Zakir Həsənov: “Sahibsiz torpaq yoxdur”

  • 20 İyun 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda