2018-ci ilin yanvar-may aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 11 milyard 225,9 milyon dollar olub. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin rəsmi hesabatında ixracın həcmi 7 milyard 370,5 milyon dollar, idxalın həcmi 3 milyard 855,3 milyon dollar göstərilir. İxrac idxalı 3 milyard 515,2 milyon dollar qabaqlayıb.
Hesabata əsasən, beş ayda 160 ölkə ilə ticarət əməliyyatı aparılıb, gömrük orqanları büdcəyə 1 milyard 325,6 milyon manat ödəyib.
2018-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 2 milyard 430 milyon manat daxil olması nəzərdə tutulur.