• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiyada pensiya yaşı nə qədər və necə artır?

  • 14 İyun 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

İyunun 14-də Rusiya hökuməti pensiya yaşını yüksəldən layihəni qəbul edib. Novator.az-ın məlumatına görə, parlamentin müzakirəsinə veriləcək qanun layihəsi kişinin pensiya yaşını 65-ə, qadının pensiya yaşını 63-ə qaldırır.

İndi Rusiyada kişilər 60, qadınlar 55 yaşında pensiyaya çıxır. Nazirlər Kabinetinin iyunun 14-də təklif etdiyi layihədə pensiya yaşının 2019-cu ildən başlayaraq mərhələli (kişilər üçün 2028-ci ilə qədər 6 aydan bir, qadınlar üçün 2034-cü ilə qədər 6 aydan bir) qaldırılması nəzərdə tutulur.

Novator.az bildirir ki, 2017-ci il iyulun 1-dən Azərbaycanda kişi və qadın üçün pensiya yaşı 65-ə qaldırılıb. Bu müddət mərhələli şəkildə tətbiq olunur. Kişi üçün nəzərdə tutulan 63 yaş həddi 2021-ci il iyulun 1-dək, qadın üçün nəzərdə tutulan 60 yaş həddi 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılacaq.

Keçmiş SSRİ məkanının daha iki ölkəsində – Latviya və Estoniyada kişi və qadın üçün pensiya yaşı 65-dir.

Litvada qadın 61 yaşda, kişi 63 yaşda pensiyaya yola salınır.

Moldova qadın üçün 57,5 yaş, kişi üçün 63 yaş variantını seçib.

Ukraynada qadın və kişinin pensiya yaşı 60-dır.

Belarusun pensiya qanununda qadın üçün 56 yaş, kişi üçün 61 yaş həddi müəyyən edilib.

Ermənistanda hər iki cins pensiyaya 63 yaşda çıxır.

Gürcüstanda pensiya müddəti qadın üçün 60 yaşda, kişi üçün 65 yaşda başlayır.

Mərkəzi Asiya bölgəsində pensiya həddi belədir:

Qazaxıstan – qadın: 58 yaş, kişi: 63 yaş

Özbəkistan – qadın: 55 yaş, kişi: 60 yaş

Türkmənistan – qadın: 57 yaş, kişi: 62 yaş

Qırğızıstan – qadın: 58 yaş, kişi: 63 yaş

Tacikistan – qadın: 58 yaş, kişi: 63 yaş.

Azərbaycanda iş və işsizlik

  • 14 İyun 2018
  • comments

Türkiyədə yeni seçki sorğusu

  • 14 İyun 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda