• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dünya çempionatı: G qrupunun təqdimatı

  • 13 İyun 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetŞərh

Novator.az futbol icmalçısı Rasim Mövsümzadənin 2018-ci ilin dünya çempionatı ilə bağlı yeni təqdimatını diqqətə çatdırır.

Çempionat iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək. 32 komanda 8 qrupa bölünüb. Növbəti raunda hər birində 4 komanda olan qruplarda ilk iki yeri tutanlar adlayacaq.

G qrupu

1986-cı ildə 4-cü yeri tutan Belçika millisi DÇ-2014-də ən yüksək nailiyyətini təkrarlamağa yaxın olsa da, yarımfinal ərəfəsində argentinalılara uduzmuşdu (0:1).

Avro-2016-da da 1/4 finalda büdrəyən belçikalılar 2016-cı ilin sentyabrından bəri məğlubiyyət nə olduğunu bilmirlər və bu müddətdə 19 oyunun 14-də qələbə qazanıblar.

Rusiya mundialının gizli favoritlərindən hesab olunan Belçika komandasının 11 oyunçusu İngiltərə Premyer Liqasında çıxış edir. Onlardan qapıçı Tibo Kurtua (“Çelsi”), müdafiəçilər – 102 oyunla millinin formasını hamıdan çox geyinmiş Yan Vertongen (“Tottenhem”) və Vinsen Kompani (“Mançester Siti”), yarımmüdafiəçi Kevin De Bruyne (“Mançester Siti”), hücumçular – 36 qolla millinin bütün dövrlər ərzində ən sərrast oyunçusu Romelu Lukaku (“Mançester Yunayted”) və Eden Hazarı (“Çelsi”) qeyd etmək mümkündür.

Qrupun digər iştirakçılarından İngiltərə (orta yaş – 26) və Tunis (26,5) bu mundialın gənc, Panama (28,9) isə əksinə ən yaşlı komandalarından biridir.

Bir ildir uduzmayan İngiltərə millisi bu müddətdə keçirdiyi 10 oyunda 7 qələbə qazanıb. DÇ-2014-də gözlənilmədən qrupda sonuncu yeri tutan ingilislər həmin uğursuzluğun təsadüf olduğunu Rusiyada sübut etməyə çalışacaqlar.

Xüsusilə İngiltərə millisinin Harri Keyn (“Tottenhem”), Rahim Sterlinq (“Mançester Siti”), Ceymi Vardi (“Lester”), Danni Uelbek (“Arsenal”) və Markus Reşforddan (“Mançester Yunayted”) ibarət hücum xətti çox vahiməli görünür.

Yeri gəlmişkən, 2018 mundialında klublar arasında ən çox futbolçu ilə təmsil olunacaq “Mançester Siti”nin 16 üzvündən dördü İngiltərə millisində çıxış edir: Sterlinqlə yanaşı müdafiəçilər Kayl Uolker, Con Stons və Fabian Delf də həmin klubun oyunçularıdır.

1998-2006-cı illərdə ardıcıl 3 mundiala qatıldıqdan sonra iki dünya çempionatını buraxan Tunis millisi heç vaxt qrup mərhələsini adlaya bilməyib. “Karfagen qartalları”nın bu uğursuzluğu Rusiya mundialında durduracaqları inandırıcı görünmür.

Düzdür, Tunis millisi son bir ildə keçirdiyi 10 oyunda yalnız bir dəfə məğlub olub, o da iyunun 9-u Krasnodarda ispanlara – 0:1.

Maraqlıdır ki, heyətində tanınmış futbolçu olmayan komandanın DÇ-2018-də oynamaq təklifini Almaniya millisinin üzvü Sami Xediranın “Auqsburq”da çıxış edən 24 yaşlı yarımmüdafiəçi qardaşı Rani Xedira qəbul etməyib.

Tunis komandası bu günlərdə həmçinin qapıçısı Muez Hassenin Portuqaliya və Türkiyə ilə yoldaşlıq görüşlərində gün batdıqdan sonra zədə simulyasiyası edərək oyundaşlarının iftar açmalarına şərait yaratması ilə gündəmə gəlmişdi.

DÇ-2018-in iki debütantından biri (digəri – İslandiya) olan Panama millisindən heç kim böyük nəticələr gözləmir. Panamalılar öz qitələrində də ən yaxşı halda iki dəfə vitse-çempion olublar (2005, 2013). Son 7 yoxlama oyununda cəmi 1 qələbə qazanması və o cümlədən isveçrəlilərə 0:6 hesabı ilə uduzması da komandanın zəifliyindən xəbər verir.

Panama millisinin 5 futbolçusu Avropada çıxış edir. Onlar “Dinamo” (Rumıniya) və “Dunayska Streda” (Slovakiya) klublarında, həmçinin “Gent” (Belçika) və “Deportivo”nun (İspaniya) ikinci komandalarında forma geyinirlər.

A qrupu

B qrupu

C qrupu

D qrupu

E qrupu

F qrupu

İradəsiz kollegiya?

  • 13 İyun 2018
  • comments

Həmsədrlərlə ilk görüş

  • 13 İyun 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda