• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Torpaq icarəsində yenilik rəsmiləşdi

  • 12 İyun 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev “Torpaq icarəsi haqqında” qanuna dəyişikliyi imzalayaraq onun tətbiqinə fərman verib. Novator.az bildirir ki, yeniliyə görə, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs yerli icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir, ona bu sənədlər əlavə edilir: ərizəçi fiziki şəxs olduqda şəxsiyyət vəsiqəsinin surəti; ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti; Nazirlər Kabinetinin müəyyən etdiyi formada torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılması; torpaq sahəsi qanuni istifadədə olduqda torpaq istifadəçisinin razılığını təsdiq edən sənəd.

Ərizəyə və ona əlavə olunmuş sənədlərə 10 gün müddətində baxılır. Torpaq sahəsinin icarəyə verilməsi məqsədəuyğun hesab edilmədikdə və ya ərizədə və ona əlavə edilmiş sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan çatışmazlıqlar aşkar edildikdə torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi barədə inzibati akt qəbul olunur.

Torpaq sahəsinin icarəyə verilməsi məqsədəuyğun sayıldıqda bu barədə rəy hazırlanır, icarə müqaviləsini bağlamağa razılıq alınması üçün 2 gün müddətində Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilir.

Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və torpaq sahəsinin icarəyə verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə ərizənin qeydiyyata alındığı tarixdən 3 gündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumat ərizəçiyə təqdim edilir.

Əmlak Məsələləri Dövlət Komitəsi razılıq alınması üçün təqdim olunan müraciətə və ona əlavə olunan sənədlərə dövlət torpaq kadastrının məlumatları əsasında 15 gün müddətində baxaraq dövlət torpağının icarəyə verilməsinə razılıq verir və ya həmin müraciət və əlavə olunan sənədlər kadastr məlumatları ilə uyğunsuzluq təşkil etdikdə dövlət torpağının icarəyə verilməsinə razılıq vermir.

Razılıq almaq üçün təqdim olunan müraciətə 30 gün müddətində münasibət bildirilmədikdə yerli icra hakimiyyəti orqanı razılıq verilməsi prezumpsiyasından çıxış edir.

Dünya çempionatının təqvimi

  • 11 İyun 2018
  • comments

Büdcənin icrası: qanun imzalandı

  • 12 İyun 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda