• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müsavat ilk addımı atdı

  • 11 İyun 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Müsavat Partiyası 9-cu qurultaya hazırlaşır. Novator.az-ın məlumatına görə, partiya Məclisinin 9 iyun iclasında qurultaya hazırlıq məsələsinə baxılıb, müvafiq təşkilat komitəsi yaradılıb.

31 nəfərlik təşkilat komitəsində başqan Arif Hacılı, sabiq başqan İsa Qəmbər, Məclis sədri Nüşabə Sadıxlı, başqan müavini, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, partiyanın öncül şəxslərindən Razim Əmiraslanlı, Osman Kazımov, Səxavət Soltanlı, Fərəc Kərimli, Tofiq Yaqublu, Elman Fəttah da var.

Partiya nizamnaməsinə görə, qurultay Müsavatın ali orqanıdır, 4 ildən bir Məclisin qərarı ilə çağırılır. Nümayəndəlik normasını və qurultayın keçirilmə qaydasını Məclis müəyyən edir.

Qurultayın partiyanın proqramını və nizamnaməsini qəbul etmək, onlarda dəyişiklik və əlavələr etmək, Məclisin rayon (şəhər) təşkilatı sədri olmayan üzvlərini, partiyanın başqanını və Mərkəzi Nəzarət-Təftiş Komissiyasını seçmək səlahiyyətləri var.

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.

Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ildə Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub, İsa Qəmbər başqan seçilib. Partiyanın 1995, 1997, 2001 və 2006-cı illərdə keçirilən qurultayları İsa Qəmbəri başqan postunda saxlayıb.

2014-cü ilin sentyabrında keçirilən 8-ci qurultayda başqan vəzifəsinə Arif Hacılı seçilib.

Eşq və xəyanət (34)

  • 11 İyun 2018
  • comments

Ermənistan silaha nə qədər pul ayırır?

  • 11 İyun 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda